Rusiyanın neft-qaz gəlirləri azalmaqda davam edir

Rusiyanın neft gəlirləri 2016-nın yanvar-noyabr dövründə bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb, təbii qaz satışından gəlirləri də eyni dövrdə 27 faiz geriləyib.
"Marja" xəbər verir ki, Rusiya Federal Gömrük Xidməti tərəfindən (FTS) nəşr olunan məlumatlara görə, Rusiyanın neft gəlirləri, ötən ilin 11 ayında 2015-in eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq 66,3 milyard dollara geriləyib.
Ölkənin qaz gəlirləri də eyni dövrdə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 27,9 milyard dollara düşüb. Rusiyanın həmin dövrdə qaz ixracı isə miqdar müqayisəsində 6,5 faiz artımla 178 milyard kubmetrə çıxıb.
Rusiyanın, Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə neft ixracı 7 faiz artımla 215 milyon tona çıxarkən, MDB ölkələrinə ixracı isə 16 faiz azalaraq 17,4 milyon tona düşüb.
Rusiya 2015-ci ildə cəmi 185 milyard kubmetr təbii qaz ixrac edərək 41,8 milyard dollar gəlir əldə etmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
-
12 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
13 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
