ABŞ istehsalçıları hərəkətə keçib, Rusiya yola gəlmir
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı rəqəmin xam neft ehtiyatlarının artmağa davam etdiyini göstərməsinin ardından düşür.
Neft Nyu-Yorkda Çərşənbə aaxşamı günü 1.9 faiz dəyər itirdikdən sonra daha 1.3 faiz ucuzlaşıb.
"Marja" xəbər verir ki, Amerika Neft İnstitutunun (API) məlumatına görə, xam neft ehtiyatları ötən həftə 6.51 milyon barel artıb. Əgər Çərşənbə günü açıqlanacaq rəsmi rəqəm də bu ölçüdə bir artım göstərərsə, ehtiyatlar Mart ayından bu yana ən böyük artımını reallaşdırmış olacaqdır. Beynəlxalq Enerji Agentliyi (IEA), aylıq bazar hesabatında, neft qiymətlərinin 60 dolları keçdiyi bir vaxtda, gələn il üçün tələbat proqnozlarını aşağı salıb.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələrinin və tərəfdaşlarının Mart ayında sona çatacaq hasilatın azaldılması müqaviləsi müddətinin uzadılacağına dair gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri iki ilin ən yüksək səviyyəsinə qalxmışdı (Brent neftinin qiyməti 64 dolları keçmişdi). Lakin Brent neftinin qiyməti 60 dolların üzərində dayana bilmir və geriləyir.
Müqavilənin tərəfdaşlarından birinə görə, hələ ki, hasilatın azaldılması müqaviləsinin uzadılması məsələsində Rusiya tam razı deyil. Rusiyanın yola gətirilməsi, Vyanada bu ay keçiriləcək OPEC toplantısında müqavilənin uzadılması üçün lazımlı addımlardan biridir.
"Ehtiyatların 6.5 milyon barrel artdığına dair göstərici ABŞ istehsalçılarının dərhal hərəkətə geçə biləcəyi qabiliyyətlərini göstərir",- analitiklər bildirirlər.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 54.99 dollara qədər, Brent neft Londonda ICE Futures Europe birjasında 61.41 dollara qədər düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)









.jpg)






