Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır
 
 Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır.
Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət ediblər.
  
 Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi  ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalı olduğunu hesab edirlər.
  
 O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.
  
 "Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi.  Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu",- deyə müraciətdə vurğulanıb.
  
 Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər.   
  
 Müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.
  
 Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
  
 Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 
                     3 saat sonra
                    "TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir 
- 
                     8 saat əvvəl
                    Avropa bankı Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 milyon dollar ayıra bilər 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 
                     8 saat əvvəl
                    Azərbaycanda 5 bankın balans kapitalı 225 milyon manatdan çoxdur 
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 
                     11 saat əvvəl
                    ARDNF-nin rəhbər heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri baş tutub 
- 
                     12 saat əvvəl
                    Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB? 
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 
                     13 saat əvvəl
                    “Azneft" hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirlərilə bağlı məlumat yayıdı 
Son Xəbərlər
 
                                    "TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
 
                                    Avropa bankı Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 milyon dollar ayıra bilər
 
                                    Azərbaycanda 5 bankın balans kapitalı 225 milyon manatdan çoxdur
 
                                    FED faiz qərarını açıqladı
 
                                AFB Bankdan “Yüksək Qazanclı Əmanət” – illik 12% gəlir!
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Mercedes-Benz-in satışı azalıb, xalis mənfəəti 2 dəfə düşüb
 
                                “Azneft" hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirlərilə bağlı məlumat yayıdı
 
                                Elton Məmmədova rəsmi xəbərdarlıq edildi: Əsassız xərclənmiş 3 milyon manat büdcəyə ödətdirilib
 
                                "Azərbaycan Fintex Assosiasiyası"na yeni sədr təyin edilib
 
                                "Şirkətimiz 100 milyondan artıq kredit cəlb etməklə təsis olunub, 1 filial icarə ilə bağlı problemlər səbəbindən fəaliyyətini dayandırıb"
 
                                AZAL-ın bu il Gürcüstana daşıdığı sərnişinlərin sayı məlum olub
 
                                

 
                         
                    



 
                             
                             
                             
                             
                            





.jpg)
 
                                    


