Qafqaz regionunun korporativ istiqraz bazarı araşdırılıb
Rusiyanın "Cbonds" informasiya agentliyi 2016-cı il üzrə Qafqaz regionunda daxili korporativ istiqraz emissiyası təşkilatçılarının renkinqini hazırlayıb. "Cbonds"un rəsmi saytında verilən xəbərə görə, renkinqə Azərbaycan, Ermənistan və Gürcüstanın bütün korporativ istiqraz emitentlərinin yerləşdirmələri və beynəlxalq maliyyə təşkilatlarının bu ölkələrdə yerləşdirdiyi istiqrazlar daxil edilib. Həmçinin, hesabatda region ölkələrinin renkinqi də öz əksini tapıb.
Hesabatda Qafqaz regionu ölkələrinin renkinqində 310 mln. dollar həcmində istiqraz yerləşdirilməsini təşkil edən 8 investisiya bankı təmsil olunub. Renkinqdə ilk sıranı Gürcüstanın "Galt and Taggart" şirkəti tutub. Bu şirkət 161 mln. dollar həcmində 7 istiqraz yerləşdirilməsi həyata keçirərək məcmu bazar payının 51,95%-nə sahib olub. İkinci yeri Azərbaycanın "PSG Capital" şirkəti tutub. O, 100 mln. dollar həcmində bir istiqraz yerləşdirilməsi həyata keçirib və bazarda payı 32,25% olub. Üçüncü yeri isə keçən il 22 mln. dollar həcmində 3 istiqraz yerləşdirilməsi həyata keçirən və bazar payı 7,12% olan Ermənistanın "Ameriabank"ının investisiya şirkıəti tutub.
Qeyd edək ki, sıralamada 5-ci yeri "PASHA Bank Georgia" tutub. Bank 2016-cı ildə 6 mln. dollar həcmində 1 yerləşdirmə keçirib və bazar payı 1,89% təşkil edib.
Xatırladaq ki, "Cbonds" şirkəti maliyyə bazarları üzrə ixtisaslaşmış informasiya agentliyidir, fəaliyyətini Rusiya, Ukrayna və Qazaxıstanda davam etdirir. Agentliyin saytında əsasən MDB məkanına daxil olan ölkələrin istiqraz bazarında ən son məlumatlar və təhlillər əks olunur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























