Brent nefti 2.5 ilin ən yüksək səviyyəsinə qalxdı
Brent neftin qiyməti, dünyanın əsas neft boru kəmərlərindən birinin bağlanması ilə bağlı olaraq 2.5 il sonra ilk dəfə 65 dolları keçib.
"Marja" xəbər verir ki, neft Londonda, Bazar ertəsi günü 2 faiz bahalaşdıqdan sonra 0.8 faiz dəyər qazanıb və 10 İyun 2015-ci il tarixindən bu yana ən yüksək səviyyəsinə yaxınlaşıb.
"Ineos" şirkəti yoxlamalar zamanı Şimal Dənizi Forties Boru Kəməri Sistemində çatlar olduğunu aşkar edib. Kəmərin bərpa olunmasının təxminən iki həftə çəkəcəyi qeyd edilib. Forties boru kəməri sistemi (FPS) Şimal Dənizində böyük neft kəməri şəbəkəsidir. Bu kəmər ilə gündəlik 550 min barrel neft nəql olunur.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələri və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatın azaldılması müqaviləsini 2018-ci ilin sonuna qədər uzatmaları ilə də yüksəlib. Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Al Mazrouei, bazardakı hədsiz təklif vəziyyətinin ortadan qalxması vəziyyətində, müqavilənin 2018-ci ilin İyun ayında sona çatdırıla bilinəcəyini qeyd edib.
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Brent nefti, Londonda ICE Futures Europe birjasında 51 sent yüksələrək 65.20 dollara, WTI, Nymex birjasında 1.1 faiz artdıqdan sonra, 30 sent daha yüksələrək bareli 58.29 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)











