“Unibank” istiqraz təklifinin səbəblərini açıqlayıb - DETALLAR
Unibank 2017-ci ilin 30 Dekabr tarixinədək 10 milyon dollarlıq istiqrazlarını yerləşdirməyi planlaşdırır.
Xəbər verdiyimiz kimi, “Unibank” Kommersiya Bankı ASC faizli, sənədsiz adlı, təmin edilməyən hər birinin nominal dəyəri 10 min dollar olan 1000 ədəd istiqraz buraxıb. Tədavül müddəti 6 ildir.
“Marja”nın məlumatına görə, Emissiya Prospektində istiqraz üzrə gəlirlilik illik 6%, faizlərin ödəniş dövrü hər rübdə bir dəfə olmaqla (cəmi 24 dəfə) müəyyən olunub. Unibankın istiqrazı SOCAR-ın 5% gəlirliyi olan istiqrazından daha yüksək qazanc vəd edir. Lakin Unibankın emisiyası, SOCAR-ın emisiyası ilə müqayisədə çox azdır. Eyni zamanda, Dollara 6% gəlir təklifi bankların Dollar əmanətlərinə verdikləri faiz gəlirindən ən azı 3 dəfə yüksəkdir.
ƏLDƏ EDİLƏCƏK VƏSAİT NƏ ÜÇÜN İSTİFADƏ OLUNACAQ?
Unibank bəyan edib ki, istiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsait qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bu da ölkənin ixrac potensialını artıracaq, bölgələrdə iqtisadi inkişafa kömək olacaq və məşğulluğu artıracaqdır. Vəsait əsasən kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Əldə olunacaq vəsaitlərin digər müəssisələrin alışını maliyyələşdirmək, borcları qaytarmaq və ya restrukturizasiya etmək, emitentin əsas fəaliyyətinə aidiyyatı olmayan aktivlərin alınmasına yönəltmək nəzərdə tutulmayıb.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platforması vasitəsilə həyata keçiriləcəkdir.
Daha ətraflı: http://www.unibank.az/uploads/file/Unibank_Istiqrazlar%C4%B1n_Emissiya%20Prospekti_2017.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























.jpg)

