“Qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir
Bakıdakı “qara bazar”larda dolların bir qədər də qalxdığı bildirilir.
“Marja”nın əldə etdiyi məlumata görə, “Neftçilər”, “Xalqlar Dostluğu” və “Nərimanov” metro stansiyaları yaxınlığında fəaliyyət göstərən alverçilər bu gün dolları 1.8350 manata alıb, 1.85 manata satırlar.
Bunu da qeyd edək ki, öz müştərilərinə dolları 1.83 manata satan alverçilər də var. Onlar dolları 1.81 manatdan qəbul edirlər.
Məlumata görə, artıq bir neçə qanunsuz satış nöqtəsi bağlanıb, bir sıra satış yerləri isə əllərində dolların olmadığını bildirirlər.
Dünən axşam “qara bazar”da dolları 1.84 - 1.8450 manata almaq olurdu.
Dolların bahalaşması “qara bazar”a qarşı aparılan mübarizə tədbirləri ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.
Həmçinin bu gün Mərkəzi Bankın sədri Elman Rüsrəmov bildirib ki, tezliklə Azərbaycan “üzən məzənnə” sisteminin tətbiqənə başlayacaq. Dolların bahalaşmasına bu xəbər də təsir edə bilər. Çoxları hesab edir ki, “üzən məzənnə” yə keçilən gün Manat Dollar qarşısıda yenidən kəskin dəyərdən düşəcəkdir.
Bundan başqa, Elman Rüstəmov bildirib ki, “qara bazar”a qarşı mübarizə aparılır və ictimaiyyət yaxın zamanlarda bunun nəticəsini görəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























