“Mənim Azərbaycanım” müsabiqəsi davam edir
Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə xüsusi önəm verən OYAL məktəbli ləvazimatları rəsm həvəskarlarını sevindirən növbəti layihəsini uğurla davam etdirir. Belə ki, OYAL-ın təşəbbüsü və “Ofisait” mağazalarının təşkilati dəstəyi ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 2-ci mərhələsi başa çatıb.
Müsabiqədə həvəslə iştirak edən məktəblilər “Mənim Azərbaycanım” mövzusunda rəsm əsərləri çəkməklə yanaşı, Azərbaycan incəsənətinin canlı tarixi hesab olunan xalq rəssamı, professor Arif Hüseynovla yaxından tanış olmaq, görkəmli sənətkarın çox illik təcrübəsindən faydalanmaq fürsəti əldə etmişlər. Uşaqlarla yanaşı valideynlər də, müsabiqənin gedişatına ciddi maraq göstərmiş, həmçinin uşaqların istedadlarının aşkarlanmasında rol oynayan təşkilatçılara dərin təşəkkürlərini bildiriblər. Rəsm çəkmək üçün tələb olunan bütün texniki ləvazimatlarla təmin olunan uşaqlar əsasən Azərbaycanın tarixi, füsunkar mənzərəsi, musiqi mədəniyyəti, memarlığı ilə bağlı rəsm əsərləri çəkmişlər. Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, 6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanacaq və 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacaq. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 3-cü mərhələsi 29 dekabr 2017-ci il, saat 15:00-da Bakı şəhəri, Xətai rayonu Sarayevo 11 ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir. Müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Uşaqlar və yeniyetmələr tərəfindən ən çox sevilən ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz və Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)







