Bağlanan bankların pulları necə bölünür? – HESABDA PUL QALARSA....

İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
"Dəmirbank"ın lisenziyasının ləğv edilməsi və bankın bağlanması Azərbaycan banklarındakı pulların aqibəti ilə bağlı məsələni yenidən gündəmə gətirib. Hazırda bankın müştərilərini, burada əmanəti olan şəxsləri və partnyorlarını maraqlandıran əsas məsələ bankdakı pulların hansı arıcıllıqla qaytarılacağıdır.
Dünən, dekabrın 26-da Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Dəmirbank"dakı əmanətlərin həcmini açıqlayıb.
Palatanın məlumatına görə, bank bu barədə son hesabatı sentyabrın 30-da təqdim edib. Həmin vaxt bankda 66 286 nəfər əmanətçinin 81,5 milyon manat Fond tərəfindən kompensasiya olunan əmanəti olub. Dekabrın 22-də aparılan ilkin qiymətəndrməyə görə isə, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 milyon manat təşkil edir. İlkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manat təşkil edir
Aydın məsələdir ki, sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu qaytaracaq.
Bəs bankda pulu olan digər şəxslər necə, öz pullarını ala biləcəklərmi? Bu pullar hansı ardıcıllıqla qaytarılır? Bu suala cavab "Banklar haqqında" qanunun 82-ci maddəsindədir.
Ödənişlərin növbəliyi adlanan həmin maddəyə əsasən bankdakı pullar belə bölünür:
M a d d ə 8 2. Ödənişlərin növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
Yəni Əmanətlərin Sığortalanması Fondu banklakı qorunan əmanətləri öz hesabına qaytarır. Sonra isə həmin məbləği bankdan alır. 82.1.2. maddəsində göstərilən tələblər bunu nəzərdə tutur.
82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
Bankın pullarının bölünməsində ikinci növbə ləğvedicinindir. Məlum olduğu kimi bank ləğv ediləndə ona ləğedici təyin edilir. Bankın bundan sonrakı ləğvetmə prosesini bu şirkət və ya qurum (adətən bu qurum Əmanətlərin Sığortalanması Fondu olur) həyata keçirir. Eləcə də məhkəmələrdə təmsilçilik edir. Yəni qorunan əmanətlər qaytarılandan sonra bankın pullarının bir hissəsi ləğvdiciyə sərf edilir.
82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
Əgər belə tələblər varsa.
82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
Belə tələblər olarsa, vəsaitlərin xərcləndiyi növbəti istiqamət işçilərlə bağlı olacaq.
82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
Yenə də vəsaitlərin bir hissəsi inzibatçı və sağlamlaşdırma tədbirlərinə xərclənəcək
82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər;
Yalnız əvvəlki tələblər ödənildikdən sonra bankın pulu qalarsa, onun döılət büdcəsi qarşısındakı və sosial ödənişlərlə bağlı öhdəlikləri ödənilməlidir.
82.1.8.təminatsız kreditorların tələbləri.
Gəldik ən əsas məsələyə. Sonuncu yerdə olmasına baxmayaraq əhalinin və iş adamlarının ən çox təsirləndiyi maddə budur. Təminatsız kreditorlar dedikdə bankda qorunmayan əmanəti olanlar və buradakı hesabında pul saxlayan şirkətlər də nəzərdə tutulur. Göründüyü kimi, şirkətlərin pulunun qaytarılması üçün bank əvvəlcə qorunan əmanətləri ödəməli, sonra ləğvedici və inzibatçının xidmət haqqını ödəməli, işçiləri qarşısındakı öhdəliklərini yerinə yetirməli, dövlət büdcəsinə vergiləri ödəməlidir. Yalnız bundan sonra, hesabda pul qalarsa, bankda hesabı olan şirkətlərin pulları qaytarılacaq. İndiyədək mövcud olan təcrübə göstərir ki, bir qayda olaraq şirkətlərin pullarını qaytarmağa pul qalmır.
82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.
Bankın səhmdarları isə göründüyü kimi, bütün bu prosesdən sonra hər hansı məbləğ qalarsa, ona sahib ola biləcəklər.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RISKSIZ ÖYRƏNİN!
© FED
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
2 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
2 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
