AzKİL-in 3-cü mərhələsi başlayır
Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə yeni başlayacaq layihəyə hazırlıq məqsədilə icmaları təşkilatın ekoloji və sosial idarəetmə prinsipləri ilə tanış edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) növbəti – 3-cü mərhələsinə hazırlıq məqsədilə regional təlimlərə başlayıb.
Təlimlər dekabrın 25-dən başlayaraq yanvarın 6-dək İsmayıllı, Göygöl, Sabirabad, Bərdə, Masallı rayonlarında və Naxçıvanı əhatə edəcək.
Məqsəd AzKİL çərçivəsində sublayihələr seçərkən və təsdiqləyərkən Dünya Bankının sadiq qaldığı prinsiplərlə kənd icmalarını tanış etməkdir.
Azərbaycan Kənd İnvestisiya Layihəsində birbaşa ekoloji problemlərin həllinə yönəlmiş sublayihələr həyata keçirilməsi gözlənilməsə də, yolların, su xətlərinin çəkilməsi, icmalara məxsus müxtəlif obyektlərin təmiri və tikintisi, təsərrüfatların yaradılması və inkişafının dəstəklənməsi kimi layihələr reallaşdırılır və bu layihələrin ətraf mühitə təsiri mütləq nəzərə alınır. Layihənin “Ekoloji və Sosial İdarəetmə üzrə çərçivə sənədi” təklif edələn kiçik icma layihələrinin ekoloji qiymətləndirilməsinin aparılmasını, Azərbaycanda mövcud ekoloji-normativ aktlara uyğun olmasını, sosial və sosial-iqtisadi qiymətləndirmə, gəlir gətirən sahələrə diqqətin artırılmasını, ictimai iştirak, informasiya şəffaflığı kimi tələblərə malikdir. Uşaq əməyinin qadağan olunması, mədəni irsin, təbii mənzərələrin qorunması, tullantıların düzgün zərərsizləşdirilməsi, insan sağlamlığının, şəxsi mülkiyyətin qorunması və bir çox başqa tələblər sənəddə yer alıb, qarşıya çıxacaq problemlərin həlli yolları göstərilib.
Azərbaycan Kənd İnvestisiya Layihəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi 3 iri beynəlxalq layihədən biridir. İndiyədək layihə çərçivəsində 3,5 milyon kəndlinin faydalandığı 2000 sublayihə icra olunub. Dövlət Xitmətinin icra etdiyi digər layihələr Dünya Bankı ilə icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi və İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) icra olunan “Kənd Yerlərinin Kompleks İnkişafı” Layihəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
43 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir



















.jpg)




