Yeni çılğınlıq -1 ayda 10 dəfə bahalaşdı - YENİLƏNİB
Bitcoin-un bahalaşması zaman keçdikcə Litecoin və Ethereum kimi digər kriptovalyutaların da bahalaşmasını təmin etdi. Ancaq son zamanlar kriptovalyuta bazarında ulduzu ən çox parlayan virtual pul "Ripple"dır. Bu virtual pulun qiyməti 10 dəfədən çox artıb
"Marja" xəbər verir ki, Ripple, Bircoin-dən sonra bazar dəyəri ən yüksək ikinci pul vahidi olub.
Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Ripple-in cəmi bazar dəyəri 108 milyard dolları aşıb, birinin qiyməti 2.80 dollara qalxıb. Ripple, Dekabrın əvvəlində isə yalnız 25 sent səviyyəsində idi. Beləcə, bir aylıq müddət ərzində qiyməti 10 dəfədən çox artmışdır.
Bitcoin isə 15 min dollar səviyyələrində ticarət olunur. Bitcoin-un bazar dəyəri 258 milyard dollar səviyyəsindədir.
ŞİRKƏT NƏZARƏTİ ALTINDADIR
Ripple-ın Bitcoin-dən ən mühüm fərqi tək bir şirkətin nəzarəti altında olmasıdır. San-Fransiskoda fəaliyyət göstərən Ripple şirkətinin mövcud və əvvəlki bütün rəhbərləri, baş verən qiymət "partlayışından" sonra kriptovalyuta milyarderlərinə çevriliblər.
100 MİLYARD ƏDƏD VAR, 38 MİLYARD ƏDƏDİ DÖVRİYYƏDƏDİR
Ripple 2012-ci ildə qlobal miqyasda maliyyə əməliyyatlarını asanlaşdırmaq məqsədilə bazara çıxarılmışdı. Digər rəqəmsal pul vahidlərindən fərqi olaraq, Ripple-ın qanuni banklarla əlaqələri var. Santander, Bank of America və UBS kimi banklar Ripple platformasını işlədən maliyyə qurumları arasında yer alırlar.
Son həftələr Yaponiya və Cənubi Koreyadakı bəzi maliyyə xidmətləri şirkətləri Ripple texnologiyasına keçəcəklərini açıqlamışlar. Bu açıqlamalar Ripple-ın qiymətinin artımasına səbəb olub.
"Blockchain Momentum"dan Stephen Powaga-ya görə, Ripple və digər bəzi rəqəmsal pulların ən əhəmiyyətli üstünlüyü aşağı komissiya ödənişləridir. Bu da onları analoqlarına nisbətən daha populyar hala gətirir.
Ancaq Bitcoin-dən fərqli olaraq Ripple istifadəçilər tərəfindən "qazılaraq" çıxarılmır. Şirkətin nəzarəti altındadır.
Ripple şirkəti ilk fazada 100 milyard ədəd Ripple yaradıb və hazırda bunun 38 milyardı dövriyyədədir.
Powaga-ya görə ən mühüm risklərdən biri şirkətin əlində qalan digər Ripple-ları nə qədər müddətdə bazara çıxaracağıdır. Məsələn, 4 il içində qalan bütün Ripple-ların bazara çıxarılması halında qiymətlər üzərində ciddi bir təzyiq yarana bilər.
100 FƏRQLİ PUL VAHİDİ VAR
Qlobal kriptovalyuta bazarının ümumi həcmi 706 milyard dollardır və bu bazarda 1386 kriptovalyuta var. Bitcoin-un bazar dəyəri 258 milyard dollar, Ripple-ın 108 milyard dollar səviyyəsindədir. Üçüncü sırada isə 86 milyard dollar ilə Ethereum yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
7 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 7 saat əvvəl
-
7 saat əvvəl
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
-
8 saat əvvəl
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
-
8 saat əvvəl
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
Ən çox oxunanlar
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı















