“Samsung” “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb
“Samsung” korporasiyasının Seulda yerləşən mənzil-qərargahında keçirilmiş mətbuat konfransında “Galaxy Note 7” smartfonlarının partlama səbəbi açıqlanıb.
“Samsung”un rəsmisi bildirib ki, şirkət “Galaxy Note 7” smartfonlarını satışa çıxarmazdan öncə mümkün problemləri aradan qaldıra bilmədiyi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Belə hadisənin təkrarlanmaması üçün kənar konsultant və ekspertlərdən ibarət işçi qrup yaradılıb.
“lenta.ru” xəbər verir ki, şirkətin mühəndisləri müstəqil təşkilatların mütəxəssisləri ilə birgə nasazlığın səbəbini müəyyənləşdirmək üçün 200 mindən çox qurğu və 30 min akkumulyatoru araşdırıblar. Araşdırma gedişində məlum olub ki, akkumulyatorların layihələşdirilməsi və qurğuların yığılması üzrə texnoloji prosesdə buraxılmış səhvlər nasazlıq yarada bilər.
Xatırladaq ki, “Galaxy Note 7” smartfonları 2016-cı ilin avqustunda satışa çıxarılıb. İki ay sonra qeydə alınan çoxsaylı partlama səbəbindən “Samsung” korporasiyası öncə həmin smartfonun satışlarını, sonra isə istehsalını dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 4 d. əvvəl
-
- 26 d. əvvəl
-
48 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
Ən çox oxunanlar
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti















.jpg)







