PSG-Kapital İnvestisiya şirkəti yeni saytını istifadəyə verib

Müştərilərinin istəklərinə hər zaman individual yanaşan "Apamark" Marketinq və PR şirkəti bu dəfə "PSG-Kapital" İnvestisiya şirkətinə dəstək olub. "Apamark" şirkəti, qarşı tərəfin təqdim etdiyi brif əsasında yeni veb sayt hazırlayıb.
Korporativ rəng və responsivlik
Saytın hazırlanmasında şirkət loqosunun rəng çalarlarından istifadə edilmişdir. Saytın digər mobil cihazlarda rahat açılması üçün müvafiq front-end və back-end işləri aparılmışdır.
Fərdi proqramlaşdırma və funksionallıq
Sifariş əsasında hazırlanan saytın səhifələrinin 75%-i redaktə oluna bilinəndir. Sifarişçi ona Azərbaycan dilində təqdim olunmuş admin panel vasitəsilə saytda istənilən dəyişikliyi edə bilər. Bu dəyişikliklər sırasına, saytın google SEO sistemi (Meta Title, Meta Description, Açar Sözlər), qrafiklər üzrə məlumatların daxil edilməsi və ya dəyişdirilməsi, yeni səhifələrin yaradılması və s. kimi geniş imkanlar yaradılmışdır. Bundan əlavə saytın bütün mətnləri hər 2 dil üçün lüğət sisteminə qoşulmuşdur.
Loqlaşma sistemi və Səlahiyyətlər
Sifarişçi üçün saytı idarə edəcək bir admin və iki redaktor funksiyası yaradılmış və hər birinə fərqli texniki imkanlar verilmişdir. Loqlaşma sistemi vasitəsilə admin hansı məlumatın nə zaman və kim tərəfindən silindiyini, o cümlədən dəyişdirildiyini görə biləcəkdir. Bütün dəyişikliklər sayta quraşdırılmış sitemap.xml faylı sayəsində google axtarış sisteminə indekslənməsi üçün avtomatik olaraq göndəriləcəkdir.
Təhlükəsizlik və Sürət
Təqdim olunmuş sayt SSL təhlükəsizlik sisteminə qoşulmuşdur. SPAM-ların qarşısının alınması üçün saytda olan bütün inputlar xüsusi olaraq işlənilmişdir. Saytın google Page Speed İnsight proqramının nəticələrinə gəlincə isə mobil cihazlarda saytın sürəti 100-dən 68, masaüstü kompüterlərdə isə 100-dən 89-dur.
Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti bazarda iki ilə yaxındır fəaliyyət göstərməyinə baxmayaraq, şirkət xidmətlərinin 80%-ni “IN-HOUSE” (öz daxili komandası hesabına) həyata keçirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
10 d. əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
-
53 d. əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
2 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
