Vaxtın idarə edilməsi ilə bağlı 3 tövsiyyə
Vaxtın idarə edilməsi çətin işdir. Çünki bəzi hallarda vacib olan məsələlərlə təcili olan məsələlər üst-üstə düşmür. Bu qayda sizin sağlamlığınız üçün də vacibdir. Biz adətən təcili hesab etdiyimiz məsələlərə üstünlük verdiyimiz üçün həqiqətən vacib olanları görə bilmirik, yaxud da görməzlikdən gəlirik. Məsələn, idman zalına getmək təcili olmasa da, uzun müddətdə vacib bir məsələdir.
Yaxşı, bəs əlimizdə olan 24 saatı daha effektiv və səmərəli dəyərləndirmək üçün edə biləcəyimiz nəsə varmı? Müxtəlif time menecment mütəxəssislərinin verdiyi tövsiyələri sizin üçün 3 başlıqda ümumləşdirmişik:
- İşinizi yarımçıq qoymağı tərgidin
Müasir dövrdə informasiya bolluğu səbəbilə diqqətimiz tez-tez yayınır. Bu isə bir neçə işlə eyni vaxtda məşğul olmağa imkan vermir. Davamlı olaraq e-poçt və mesajları cavablandırmaq, görüləcək işlər siyahısındakı işləri yerinə yetirmək üçün çalışırıq. Lakin onların bəzilərini yekunlaşdıra bilmirik.
Diqqətimizin tez-tez yayınması səbəbindən vacib olan və təcili olan məsələlərin hər birinə müəyyən qədər vaxt ayırmaq bizim üçün heç də çətin olmur. Məsələn, biz eyni vaxtda bir neçə işi yerinə yetirməyə çalışırıq, ancaq bu o qədər də səmərəli deyil. Çünki bu halda heç bir işi tamamilə yekunlaşdıra bilmir, onların hamısını yarımçıq qoyuruq. Bu səbəbdən diqqətimizi tək bir məsələyə fokuslayıb, ən uyğun yollarla onu tamamlamağa çalışmalıyıq.
- Ən vacib məsələ ilə başlayın
Diqqət dağınıqlığı və bu vəziyyətin yaratdığı xaos gün keçdikcə artmağa meyillidir. Bu gün düşünmədən qəbul etdiyimiz qərarlar sabahımıza təsir edir. Yadınızda saxlayın ki, bu gün qəbul etdiyiniz hər hansı bir qərar növbəti 5 il ərzindəki həyatınıza əsaslı təsir edən bir qərar ola bilər.
Hər hansı bir vəzifənin həqiqətən vacib olduğunu düşünürsünüzsə, ona üstünlük verin və reallaşdırın. Gözləməyin və diqqətinizin yayınmasına icazə verməyin. Ən vacib və çətin işləri günün ilk saatlarında həyata keçirin. Bu həm stressinizi azaldacaq, həm də həqiqətən işlərin öhdəsindən gələ bildiyinizi göstərərək sizi həvəsləndirəcək.
- Fəaliyyət sahənizi azaldın və münasibətlərdə çevik olun
Gündəlik tapşırıqlardan danışarkən, fəaliyyətinizin hansı istiqamətdə irəlilədiyini bilmək olduqca vacibdir. Yuxarıda da qeyd olunduğu kimi, görüləcək işlər siyahınızı günün ilk saatlarında hazırlayın. Əvvəlcə ən çətin məsələdən başlayın və daha sonra digərinə keçin. Siyahıdakı bütün tapşırıqları tamamlamalı olduğunuzu yaddan çıxartmayın; bunun üçün edə biləcəyiniz ən yaxşı işlərdən biri yanaşmanızı dəyişdirməkdir. Əgər hər hansı bir tapşırığı reallaşdırarkən həddindən çox vaxt xərcləyirsinizsə, onda yanaşmanızı dəyişdirin və onu həyata keçirmək üçün alternativ üsullar tapmağa çalışın.
Nəticə
Sürətli və rasional fəaliyyət göstərməyinizə kömək edə biləcək çoxsaylı tətbiqlər və cihazlar var. Məsələn, xüsusi olaraq hazırlanmış təqvimləri və proqramları nümunə göstərmək olar. Bundan başqa, vaxtın idarə edilməsi ilə bağlı daha ətraflı məlumat almaq və yeni metodlar öyrənmək istəyirsinizsə, www.readit.az saytında yerləşdirilən “Yüksək effektli insanların 7 vərdişi” və “4 Saatlıq Həftə” kitablarının qısa məzmunundan da istifadə edə bilərsiniz.
Ancaq hansı əlavə köməkdən istifadə etməyinizdən asılı olmayaraq yuxarıda qeyd olunan üç qaydaya əməl etmək işlərinizi daha da yaxşılaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
8 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
8 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar












.jpg)



.jpg)

