AccessBank-dan növbəti vakansiya - ABS üzrə arxitektor tələb olunur
"AccessBank" QSC-yə ABS üzrə arxitektor tələb olunur.
Vəzifə öhdəlikləri:
1) Temenos T24 layihəsinin texniki cəhətdən işlənib hazırlanmasına görə cavabdehlik daşıyır, bank layihəsinin yaradılmasının və məhsulların işlənib hazırlanmasının bütün mərhələlərində məsləhətlər verir.
2) Biznes tələblərinin toplanması, sistemlərin təhlili və tərtibatı, köməkçi və texniki sənədlərin hazırlanmasının yoxlanması sahəsində proqram təminatının işlənib hazırlanmasında iştirak edir.
3) Məhsullarla əlaqədar müxtəlif xidmətləri müəyyən edir və işləyib hazırlayır, bu sahədə zəruri bilik və bacarıqlarını inkişaf etdirir, eləcə də səhmdarlarla qarşılıqlı əlaqələr yaratmaqla məhsulların işlənib hazırlanması üzrə davamlı prosesi həyata keçirir.
4) Texniki tərtibat üzrə səlahiyyətli qruplarda iştirak edərək Т24 və informasiya texnologiyalarının işlənib hazırlanması kontekstində layihənin / məhsulların effektiv tətbiqinin, eləcə də tətbiq olunan texniki həllin dəstəklənməsinin təmin olunmasına köməklik göstərir.
5) Layihənin / məhsulların işlənib hazırlanması üçün uyğunluq və konfiqurasiya tələbləri üzrə texniki həlləri müəyyən edir.
6) Tələblərə müvafiq qaydada layihənin işlənib hazırlanmasının müasirləşdirilməsi zamanı texniki mütəxəssislə qarşılıqlı əməkdaşlıq edir
1) BA komandasının mentorluğu və keyfiyyətə nəzarətin təmin olunması üçün sınaq heyəti ilə qarşılıqlı əməkdaşlıq edir.
Tələblər:
1) Bankçılıq və maliyyə sahəsində ən azı 5 illik iş təcrübəsi.
2) Т24 biliyi və bütün modullar üzrə təcrübə.
3) jBase, TAFC/TAFJ, OFS kimi T24 texnologiyaları üzrə təcrübə.
4) Proqram təminatının funksional spesifikasiyalarının yazıya alınması təcrübəsi.
5) T24 şərtləri ilə texniki spesifikasiyaların nəzərdən keçirilməsi təcrübəsi.
6) Т24 məlumatlarının ötürülməsi / T24 sisteminin təkmilləşdirilməsi / T24 sisteminin təcrübəsi ilə texniki-funksional bacarlıqlar
7) Layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üzrə uğurlu təcrübə
8) Biznes tələblərini İT həllərinə keçirmək bacarığı
9) Mükəmməl analitik bacarıq və təfsilatlara qarşı diqqətcillik
10) Mükəmməl şifahi və yazılı ünsiyyət, problemlərin təqdim olunması və həll edilməsi, müştərilərlə işləmək bacarığı.
11) Komandanın kollektiv mühitdə işləməyi bacaran, məqsədyönlü və motivasiyalı üzvü olmaq.
12) Mükəmməl təqdimatçılıq bacarığı
13) İngilis dilini sərbəst bilmək.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Müraciət üçün son tarix - 12.02.2018
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









