Sabah Fed-in iclası başlayır - "Goldman" daha aqressiv açıqlama gözləyir
ABŞ Mərkəzi Bankı (Fed) rəsmilərinin 30-31 Yanvar 2018 tarixlərində növbəti iclası keçiriləcəkdir. İclasda faizlərin artırılmayacağı gözlənilir. Lakin, dünyanın iri investisiya şirkəti "Goldman Sachs Inc", Fed-in ritorikasını az da olsa "şahinləşdirəcəyini" nəzərdə tutur.
Qeyd: "Şahin" kəlməsi maliyyə jarqonunda aqressiv və sərt mənaları üçün istifadə edilir. Bu gün maliyyə bazarlarında sərt pul siyasətlərini müdafiə edənlərə "şahin", yumuşaq pul siyasətlərini müdafiə edənlərə isə "göyərçin" deyilir.
"Marja" xəbər verir ki, "Goldman Sachs", bu həftə keçiriləcək və Janet Yellenin rəhbərliyi altında reallaşacaq son Fed toplantısında istifadə ediləcək siyasət dilində yüngül "şahinləşmə" gözləyir.
"Goldman" iqtisadçıları, Şənbə günü yazdıqları hesabatda, "Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısından sonra yayılacaq bəyanatda ümumən nikbin mövqe olacağını gözləyirik. Bəyanat, risklərin balansına dair açıqlamaların yenilənməsini və inflyasiya barədə fikirin yüngül şahinləşməsini ehtiva edəcəkdir" ifadəsini istifadə ediblər.
"Goldman" iqtisadçıları, Fed-in Mart ayı toplantısında faiz artıracağını gözləyirlər.
Hesabatda, inflyasiyanın hədəfdən aşağı qaldığı, ancaq son dövrlər göstəricilərin möhkəmləndiyi qeyd edilərək, Komitə üzvlərinin, baza inflyasiyada son aylarda baş verən artımı, ötən il ərzində yumşaq qalan inflyasiyanın müvəqqəti olduğunu göstərmək üçün dəlil kimi istifadə edəcəkləri barədə fikir bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
33 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI





















