“Bank Avrasiya”nın qazancı 7 dəfəyə yaxın artıb

“Bank Avrasiya” ASC 2017-ci ili 6 milyon 351 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Bank Avrasiya”nın cəmi gəlirləri 15 milyon 936 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 622 min manat, qeyri-faiz gəlirləri 3 milyon 314 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonar Bankın 8 milyon 529 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfətinin 506.57 min manatı mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb, 1 milyon 674 min manat mənfəət vergisi ödənilib. Yekunda Bankın 6 milyon 351 min manat xalis mənfəəti qalıb.
2016-cı ildə “Bank Avrasiya”nın cəmi gəlirləri 15 milyon 925 min manat təşkil etmiş, ili 921 min manat xalis mənfəət ilə bağlamışdı. Həmin il mənfəətin az olması Bankın 8 milyon 701 min manat əməliyyat mənfəətinin 7 milyon 538 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırması idi.
31 Dekabr 2017-ci il tarixində “Bank Avrasiya” ASC 151 milyon 223 min manat cəmi aktivlərə, 92 milyon 311 min manat cəmi öhdəliklərə və 58 milyon 912 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində “Bank Avrasiya” ASC 143 milyon 417 min manat cəmi aktivləri, 90 milyon 840 min manat cəmi öhdəliklərə və 52 milyon 577 min manat cəmi balans kapitalına malik idi.
QİYMƏTLİ KAĞIZLARA SƏRMAYƏDƏN GƏLİRİ ARTIB
“Bank Avrasiya”nın banklara və digər maliyyə institutlarına verilən kreditlər xaric kredit portfeli 2016-cı ilin sonundakı 90 milyon 189 min manatdan 85 milyon 324 min manata düşüb. Qiymətli kağızlara investisiya isə 9 milyon 251 min manatdan 23 milyon 581.2 min manata qalxıb. Bankın kreditlər üzrə faiz gəlirləri 10 milyon 826 min manatdan 9 milyon 447 min manata düşərkən, qiymətli kağızlara investisiyalardan gəlir 587 min manatdan 1 milyon 700 min manata yüksəlib.
2016-cı illə müqayisədə “Bank Avrasiya”da maliyyə sektoruna ödəniləcək vəsaitlər və müştərilərin cari hesabları artarkən, müştərilərin depozitləri 38 milyon 519 min manatdan 29 milyon 647 min manata geriləyib.
“Bank Avrasiya”nın 88 milyon 165 min manat cəmi kredit portfelinin 12 milyon 466 min manatının və ya 14.1%-nin ödəmə vaxtı keçib.
31 Dekabr 2017-ci il tarixində “Bank Avrasiya” 58 milyon 469 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
6 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
7 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
9 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
9 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
