SOCAR və İBM-in birgə müəssisəsinin kapitalı və rəhbərliyi açıqlanıb
SOCAR və İBM-in birgə müəssisəsi "Caspian İnnovation Center" MMC dövlət qeydiyyatına alınıb.
"Vergilər" qəzetinin xüsusi buraxılışında bildirilir ki, ötən ilin dekabrın 22-də dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 393 min manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Zeren Karadere Gülselidir.
Şirkətin Müşahidə Şurasında İlham Aslanov, Yaşar Lətifov, Xalik Məmmədov, Raichoora Rajan Prataprai, Saibene Michele, Bijlani Varun Kishor və muttoni Antonio təmsil olunur.
Qeyd edək ki, Yaşar Lətifov və Xalik Məmmədov SOCAR-ın vitse-prezidentləridir.
Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 121-də yerləşir.
Xatırladaq ki, bu ilin yanvarın 15-də SOCAR ABŞ-ın IBM şirkəti ilə birgə “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqları barədə məlumat yayıb. Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.
SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək.
Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcək.
“Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə - neft-qaz sənayesinin fövqünə qaldırırıq”, - deyə SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib.
Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.
Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcək.
“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, - deyə IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi vurğulayıb.
Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər"
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 352,4 milyon manat vəsait geri qaytarılıb
-
1 saat əvvəl
Digital Bolkart və yeni tərzi qarşılayın - Bank of Baku-dan ikiqat yenilik!
-
1 saat əvvəl
Digital Bolkart və yeni tərzi qarşılayın - Bank of Baku-dan ikiqat yenilik!
-
1 saat əvvəl
ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!
-
2 saat əvvəl
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
Ən çox oxunanlar
Yanvarın 13-də gözlənilən hava şəraiti
Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir - Aqrar əməkdaşlıq genişləndiriləcək
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz










.jpg)











