Bank sədrindən "Dollar/Manat proqnozu"
“Unibank” ASC bu il Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bizim proqnozumuz sabitlikdir. Doğrudur, dünyada, o cümlədən Azərbaycanda makro-iqtisadi vəziyyətə dəyişə bilər, amma ümid edirik və gözləyirik ki, məzənnə 1,7 manat səviyyəsində qalacaq”, - deyə o, qeyd edib.
"Bu il Unibank aktiv kreditləşmə siyasəti yürüdəcək"
Faiq Hüseynov, "Son üç ildə ilk dəfədir ki, "Unibank" ötən ili mənfəətlə başa vurub" deyib.
F.Hüseynov bildirib ki, bu il "Unibank" aktiv kreditləşməyə xüsusi diqqət yetirəcək: "Mikrokredit, istehlak kreditləri, kiçik və orta sahibkarlıq sahəsində kreditləşmə ilə bağlı mühüm planlarımız var".
F.Hüseynov rəhbərlik etdiyi bankın bağlanacağı ilə bağlı xəbərlərə də münasibət bildirib:
“Bu məlumatlar sadəcə şayiədir. Bu məlumatı yayan mətbuat orqanları onu sənədlərlə sübut etməlidirlər. Şayiələri şərh etmək istəmirəm. Heç kim deyə bilməz ki, Unibank depozitləri qaytarmaqda çətinlik çəkir. Bankın kapitallaşma ilə bağlı rəsmi açıqlamamız var, yaxın zamanlarda audit hesabatımız da çıxacaq. Biz ötən il bankın kapitallaşması prosesini də aparmışıq. Ötən il ərzində ümumilikdə 70 milyon manatdan çox kapitallaşma həyata keçirilib. Bizim konsolidasiya ilə bağlı hər hansı planımız yoxdur".
F.Hüseynov əlavə edib ki, "Unibank" cari ildə rəqəmsal bankçılığın genişləndirilməsi üzərində işləyəcək
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)








.jpg)







