"Bitcoin bəşəriyyət tarixinin ən böyük "köpüyü"dür"
Tanınmış iqtisadçı Nouriel Roubini, Bitcoin-in bəşəriyyət tarixinin ən böyük "köpüyü" (və ya "şarı") olduğunu və bütün "köpüklərin" anası olan bu "köpüyün" partladığını bildirib.
Bitcoin-in qiyməti Dekabr ayında 20 min dollar həddinə qədər çıxandan sonra ötən Cümə günü 7 min dollar səviyyələrinə geriləmişdi. Bitcoin bu gün isə yenidən 8 min dolların üzərinə çıxıb və 8 min 200 dollar səviyyəsinə gəlib. Bitcoin-in gördüyü ən yüksək səviyyə ilə müqayisədə 60 faiz ucuzlaşıb.
"Marja" xəbər verir ki, "Bloomberg" Telekanalına müsahibə verən Nyu York Universitetinin əməkdaşı Roubini, "Bitcoin bəşəriyyət tarixinin ən böyük "köpüyüdür" və bu bütün "köpüklərin" anasıdır" ifadəsini istifadə edib.
Problemin yalnız Bitcoin-lə məhdud olmadığını qeyd edən Roubini, hazırda bazarda 1300-dən çox kriptovalyuta olduğunu bildirərək, "bir çoxu Bitcoin-dən də pisdir" - deyib.
Blokchain texnologiyasının təxminən 10 ildir var olduğunu və tək tətbiqinin kriptovalyutalar olduğunu deyən Roubini, "bu bir saxtakarlıqdır" ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 24 d. əvvəl
- 44 d. əvvəl
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib


















