“AGBank”ın bazarda qalması üçün qərar verildi
“AGBank” ASC nizamnamə kapitalını artırır.
“AGBank”dan "Marja"ya daxil olmuş məlumata görə, Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 milyon manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb. Bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 (iki) manat olan 3.500.000 (üç milyon beş yüz min) ədəd adı, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.
DAHA 15,8 MİLYON MANAT ARTIRILACAQ
"Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manat qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılması gözlənilir",- Bankın məlumatında deyilir.
"QIRMIZI ZONA"DA İDİ
Məlumat üçün bildirək ki, bankın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılmışdı. Lakin Bank ötən iki il ərzində böyük məbləğlərdə zərərlər etdiyindən məcmu kapital minimum tələb olan 50 milyon manatdan aşağı düşmüşdür. Qanunvericiliyə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankın lisenziyası ləğv edilə bilər.
"AGBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb. Nizamnamə kapitalının 7 milyon manat artırılmasından sonra Bankın məcmu kapitalı 50 milyon manatı üstələyəcəkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 6 san. əvvəl
- 5 d. əvvəl
- 8 d. əvvəl
-
33 d. əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
-
2 saat əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
Ən çox oxunanlar
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub















.jpg)




