AZAL: Bələdçilərimiz hələ də London polisindədirlər, səfirliyimiz vəziyyəti nəzarətə götürüb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir". Bunu AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.
O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.
"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.
*** SAAT 13:37
London-Bakı aviareysində gecikmə yaranıb. Aviareys Bakı vaxtilə saat 07:35-də yerinə yetirilməli idi.
Gecikməyə səbəb Bakı-London reysində baş verən insidentdir. Belə ki, bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, təyyarədəki sərnişinlərdən biri həddən artıq spirtli içki qəbul edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Reys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
*** SAAT 11:55
Yanvarın 24-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)

