Vergilər naziri əhalidən kömək istədi
“Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdur. Ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin Siz yadınıza salmalısınız ki....”
Məlumdur ki, bu gün çoxlu sayda market, ticarət və iaşə obyekti müştərilərinə fiskal kassa çeki vermirlər. “Marja”nın məlumatına görə, bu gün vergilər naziri Mikayıl Cabbarov bəyan etdi ki, hamı qanun qarşısında bərabərdir və hər bir obyekt vergiləri ödəməli olacaqdır.
Nazir qeyd etdi ki, bir obyektin vergi verməməsi və ya ona güzəşt verilməsi digər obyektlərin bağlanması ilə nəticələnə bilər:
“Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunları eyni cür bütün vergi ödəyicilərinə tətbiq etmədən iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən ən kiçik güzəştlər rəqabətə mənfi təsir göstərir, işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir.
Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəhəsində özünü biruzə verir. Qanunsuz olaraq vergi ödəməmək hüququ əldə edən dükanın mövcudluğu ona gətirib çıxardacaq ki, oradakı qiymətlər rəqib dükanlardan daha aşağı olacaq, müştərilər ona üz tutacaqlar. Vergi ödəyən dükanlar isə istər-istəməz bağlanacaqdır. Orada işləyən insanlar iş yerlərin itirəcəklər, özlərini və ailələrini dolandırmaq məqsədilə sosial yardım üçün dövlətə müraciət etməli olacaqlar. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə Vergilər Nazirliyi üçün deyil, vətəndaşlar üçün də vacib olmalıdır”,- Mikayıl Cabbarov dedi.
“KASSA ÇEKİNİN TƏLƏB EDİLMƏSİ AYIB SAYILMAMALIDIR”
Mikayıl Cabbarov bildirdi ki, xərclədiyimiz hər bir manat leqal iqtisadiyyatda dövriyyə etməlidir: Məhz buna görə kassa çekinin tələb edilməsi ayıb sayılmamalıdır. Mən gözəl anlayıram ki, bu, artıq formalaşmış vərdişlərin dəyişməsilə bağlıdır. Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdur. Ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin Siz yadınıza salmalısınız ki vergilər bizi və torpaqlarımızı müdafiə edən ordunun saxlanmasına, uşaqlarımıza təhsil verən müəllimlərin əməkhaqlarına, küçələrin işıqlandırılmasına, məktəblərin təmirinə xərclənir və s. xərclənir. Ona görə, bizim bir yolumuz var, biz bu yolu birlikdə keçməliyik - çek istəməyi ayıb saymamalıyıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 10 saat əvvəl
-
11 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
11 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
12 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
12 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























