Trampın son "tvit"i Meksika valyutasına zərbə endirdi
Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın son "tvit"i Meksika milli vahidinin məzənnəsinə növbəti zərbə endirib.
"İndependent" qəzetinin verdiyi xəbərə görə, Meksika pesosu ABŞ dollarına qarşı ucuzlaşmaqda davam edir. ABŞ-da noyabrda keçirilən prezident seçkilərindən bu günə qədər Meksika pesosu 20% uçuzlaşaraq 1 ABŞ dollarına qarşı 21.56 peso təşkil edib.
Artıq Prezident Trampın "tvit"ləri Meksika iqtisadiyyatının probleminə çevrilib.
Donald Tramp son "tvit"ində bildirib ki, ABŞ milli təhlükəsizliyi üçün vacib bir gün gözlənilir, bir çox məsələlər arasında həm də Meksika-ABŞ sərhədində böyük divarın inşa olunması müzakirə olunacaq.
Xatırladaq ki, Meksika sərhədində 2000 mil uzunluğu olan divarın inşa olunması D.Trampın seçki kampaniyası zamanı əsas təkliflərdən biri olmuşdu, yeni seçilmiş prezidentin sözlərinə görə, ABŞ-ın bu təşəbbüsünü Meksika özü maliyyələşdirəcək, Meksika höküməti isə öz sərhədində hər hansı divarın inşa olunması və buna görə vəsaitin ayrılması ilə bağlı bütün çağırışları rədd edib.
Bundan başqa, "İndependent" bildirir ki, Ağ Evin yeni rəhbəri miqrasiya ilə bağlı hazırda ABŞ da yaşayan Afrika, Yaxın Şərq ölkələri, habelə Suriya və İraq mənsublu şəxslərə aid məhdudiyətlər planını səsləndirəcək.
D.Tramp-ın göstərişlərinə əsasən, ölkəyə qaçqınların girişi dayandırılacaq, yoxlamalar daha da ciddiləşəcək.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















