Naxçıvan iqtisadiyyatı 1% artıb
Muxtar respublikada 2018-ci ilin yanvar ayında 163 milyon 397 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
“Marja” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 360,7 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 89 milyon 940 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2018-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 51 milyon 618 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 48 milyon 465 min manatı və ya 93,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Bəhs olunan dövrdə 7 milyon 929 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 1967 ton ət, 1974 ton süd istehsal edilmiş, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 7,5 faiz, süd istehsalı 1,9 faiz artmışdır.
* * *
2018-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 3 milyon 947 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 2 milyon 992 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,4 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2462,8 min manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 264,6 min manatı və yaxud 10,7 faizi qısamüddətli, 2198,2 min manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 fevral 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 64864-ə çatmışdır ki, bunun da 56038-i və ya 86,4 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar ayında açılmış 787 bank hesabının 780-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2018-ci il tarixə 1260-a çatmışdır.
* * *
2018-ci ilin yanvar ayında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 386 min 500 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.
* * *
Cari ilin yanvar ayında muxtar respublikaya 17 min 115 turist gəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 850 nəfər çoxdur.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar ayında muxtar respublikada 26 milyon 144 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 902 min 100 ABŞ dolları təşkil etmiş, 21 milyon 659 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2017-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,1 manat təşkil etmiş və bu göstərici 2016-cı illə müqayisədə 1,7 faiz artmışdır.
* * *
1 yanvar 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3688 nəfər artaraq 452 min 831 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
18 d. əvvəl
Prime Cotton-un 30 illik yubileyinə həsr olunmuş Aqrar Biznes və Pambıq Festivalı keçirilib
- 22 d. əvvəl
-
11 saat əvvəl
Azərbaycan pərakəndə ticarət sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi
-
14 saat əvvəl
Ərəb ölkələrinin aparıcı inkişaf fondlarına AZCON Holding-in planları barədə ətraflı məlumat verilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
- 15 saat əvvəl
-
16 saat əvvəl
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Prime Cotton-un 30 illik yubileyinə həsr olunmuş Aqrar Biznes və Pambıq Festivalı keçirilib
Rəsmi məzənnələr açıqlanıdı
Ərəb ölkələrinin aparıcı inkişaf fondlarına AZCON Holding-in planları barədə ətraflı məlumat verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İspaniyada da quş qripilə bağlı həyəcan siqnalı verilib
Ən çox oxunanlar
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say azalıb
“Invest in Azerbaijan” informasiya sistemi yaradılır - FƏRMAN
"SOCAR və "Özbəkneftqaz" neft emalı zavodu inşa edə bilər
AFB Bankdan yeni İnternet bankçılıq
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri











.jpg)









.jpg)
