Şirkətlərin Beynəlxalq Banka axını başlayıb - RƏQƏMLƏR
"Bankından getmiş müştərilər də indi burada baş verən yeniləşmə prosesini görəndən sonra tədricən öz doğma banklarına qayıdırlar"
2017-ci ildə Azərbaycan Beynəlxalq Bankının müştərisi olan hüquqi şəxslərin sayı 2860 hüquqi şəxs artaraq 15 926, fiziki şəxs sahibkar müştərilərimizin sayı isə 12 888 fiziki şəxs sahibkar artaraq 35707-ə çatıb.
Bunu "Marja"ya müsahibəsində Bankın İdarə Heyəti sədrinin Korporativ biznes üzrə müşaviri Ülvi Qasımov bildirib.
O qeyd edib ki, Bankın əmək haqqı kartlarının sayında da 38% artım baş verib: "Bütün bunlar kifayət qədər böyük göstəricilərdir. Hətta deyərdim ki, 2017-ci ili adi normal rejimdə keçirən bank üçün də çox gözəl nəticədir. Baxmayaraq ki, restrukturizasiya prosesi ilə əlaqədar olaraq ötən il bank üçün adi rejimdə keçməmişdi. Bu nəticənin necə əldə olunmasına gəlincə, bildiyiniz kimi, 2017-ci ilin əvvəlindən bankda yeni menecment komandası formalaşıb. Yeni fəaliyyət strategiyası müəyyənləşib. Yeni yanaşmaya görə, bank müasir dövlət bankı statusu ilə yanaşı, müştəri yönümlü bank imici də formalaşdırır. Biz çalışırıq ki, hər bir müştərimizə individual yanaşaq. Onların müraciətlərini individual qaydada həll edək. Bu da, öz nəticəsini verir. Müştərilər görürlər ki, bank onlara anlayış, həssaslıq göstərir. Əvvəllər hansısa səbəblərdən Azərbaycan Beynəlxalq Bankından getmiş müştərilər də indi burada baş verən yeniləşmə prosesini görəndən sonra tədricən öz doğma banklarına qayıdırlar. Bu proseslər yeni müştərilərin cəlb olunmasına da müsbət təsir göstərir. Qeyd etdiyimiz statistik göstəricilər bunun bariz nümunəsidir".
İNDİ MÜŞTƏRİ CİDDİ TƏHLİL OLUNUR
Ülvi Qasımov qeyd etdi ki, hazırda bankın müştərilərə yanaşması, kredit strategiyası tamamilə fərqlidir:
"Kredit üçün banka müraciət edən hər bir hüquqi və fiziki şəxs sahibkarın ödəmə qabiliyyəti ciddi təhlil olunur. İlk növbədə, maliyyələşdiriləcək lahiyənin iqtisadi əsasları hesablanır: layihəyə nə qədər vəsait qoyulacaq, bu vəsait hansı müddətə geri alınacaq, maddi qazanc nə olacaq və s. Banka kreditin alınması üçün müraciət olunan layihənin həcmindən, müraciətçinin maliyyə vəziyyətindən asılı olaraq kreditlərin təminatlı və ya təminatsız olacağı dəqiqləşdirilir. Kredit sifarişinin şərtləri buna uyğun müəyyənləşir. Bütün hallarda hər bir müraciət əsaslı təhlil olunur. Belə təhlillər kreditin gələcəkdə ödənilməməsi riskini kifayət qədər azaldır".
ŞİRKƏTLƏRƏ 368 MİLYON MANAT KREDİTLƏR VERİLİB
Bütün bu tədbirlərin yaratdığı müsbət meyllər 2017-ci ildə verilmiş kreditlər üzrə ödəniş göstəricilərində müşahidə olunur: Qeyd edim ki, 2017-ci il ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət olunan və yeni cəlb edilmiş hüquqi şəxslərə 368 mln. AZN həcmində kreditlər verilib. Həmin kreditlər üzrə hazırda gecikmə yoxdur. Söz yox, bu, hələ kifayət qədər qısa müddətdir və bu təhlili, bəlkə böyük zaman keçəndən sonra aparmaq daha doğru olar. Amma hər halda ilkin mənzərə müəyyən qənaətlər yaradır.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
-
51 d. əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Ən çox oxunanlar
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir












.jpg)







