20 illik ipotekanın faizi qalxa bilər
Bir sıra tikinti şirkətlərinin Azərbaycan Beynəlxalq Bankı (ABB) vasitəsilə təqdim etdiyi 20 illik ipotekanın faiz dərəcəsi arta bilər. İpoteka krediti manatla, 20 il müddətinə, illik 10% dərəcəsi ilə verilirdi. İlkin ödəniş isə layihədən asılı olaraq “ilikin ödənişsiz” və ya “10% ilkin ödənişlə” idi.
Dünən “Marja”nın yaydığı məlumata görə, Azərbaycan Beynəlxalq Bankı bir sıra layiələr üzrə mənzil alışının ipoteka ilə maliyyələşdirməyi dayandırıb.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər.
Bankın cavabında “Bank üçün daha sərfəli şərtlərlə” ifadəsi diqqəti çəkir. Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsini qaldıran zaman Beynəlxalq Bank ipoteka kreditinin faizini 8%-dən 10%-ə qaldırmışdı. İkinci dəfə uçot dərəcəsi 15%-ə qaldırılan zaman ABB ipotekanın faizinə toxunmamışdı.
Uçot dərəcəsinə paralel olaraq əmanətlər üzrə faiz dərəcəsinin artması (cəlb edilən pul bahalaşıb), tam “üzən məzənnəyə” keçidin nəzərdə tutulması və bunun nəticəsində manatın bir qədər də ucuzlaşacağının ehtimal olunması, Beynəlxalq Bankı şərtlərə yenidən baxmağa vadar edir. Digər tərəfdən, Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub və vəzifə bir neçə iri bankda uğurlu iş təcrübəsinə malik olan Xalid Əsədova həvalə olunub.
“Bank üçün daha sərfəli şərtlər”dən biri ipotekanın faiz dərəcəsinin artırılması ola bilər.
Qeyd edək ki, Beynəlxalq Bank “Kristal Abşeron”, “Melissa Group” “Bakı Ağ Şəhər”, “Renessanse Palace” (AS Group İnvestment),” Yeni Həyat” və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






