AMB 2018 iqtisadi artım proqnozunu yüksəltdi
Avropa Mərkəzi Bankı Avro Bölgəsinin 2018-ci ildə gözlənilən iqtisadi artımına dair proqnozunu qaldırıb. Bunu, Bankın sədri Mario Draghi keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Marja" xəbər verir ki, Bank Avrozona iqtisadiyyatının bu il 2,4% artacağını gözləyir. Əvvəlki proqnoz 2,3% idi.
Sədr 2019 üzrə iqtisadi artım proqnozunun 1.9%-də qaldığını bildirib.
2018 inflyasiya proqnozu 1.4%-də saxlanılıb, 2019 təxmini 1.5%-dən 1.4%-ə endirilib. 2020 inflyasiya təxmini isə 1.7%-də qalıb.
Draghi göstəricilərin güclü Avro Bölgəsi iqtisadiyyatını təsdiq etdiyini, güclü və genişmiqyaslı inkişafın davam etdiyini, ancaq inflyasiyanın hələ də inandırıcı meyldən uzaq olduğunu qeyd edib.
Avropa Mərkəzi Bankının (AMB) Mart toplantısında ənənəvi bəyanatından "Lazım olması vəziyyətində istiqraz alışlarının miqdarının artırıla bilinəcəyi" ifadəsinin çıxarılması ilə bahalaşmağa başlamış Avro, iqtisadi inkişafın daha da güclənəcəyinin açıqlanması ilə bir qədər də dəyər qazanıb. Bakı vaxtı ilə saat 17:38-də Avro/Dollar məzənnəsi 1.2440 səviyyəsini görüb. Daha sonra Draghinin növbəti açıqlamaları ilə məzənnə bir qədər geriləyib.
Mario Draghi qeyd edib ki, faizlər daha uzun müddət mövcud aşağı səviyyələrdə qalacaq, istiqraz alışı proqramı isə, lazım gələrsə aylıq 30 milyard avro olmaqla 2018-ci ilin Sentyar ayından sonraya da uzadıla bilər.
Sədr ritorikada dəyişikliyin yekdilliklə qəbul edildiyini ifadə edib.
Bank "lazım olduğu halda istiqraz alışı miqdarı artırıla bilər" ifadəsindən imtina edib.
Draghi son günlər müzakirə olunan proteksionist siyasətlərə dair isə, xarici ticarətdə birtərəfli qərarların təhlükəli olduğunu, ticari münaqişələrin çox tərəfli olaraq müzakirə edilməsi lazım olduğunu deyib.
Draghi son prosesləri hələ "ticarət müharibəsi" adlandırmadığını da ifadə edib.
Qısası, Avropa Mərəzi Bankı iqtisadiyyatın güclü olduğunu bildirir, amma bu güclü gedişin davamlı olacağına şübhə edir. Bu səbəbdən, Bank üçün vəziyyət qeyri-müəyyəndir, faizlərin qaldırılacağı və istiqraz alışlarının dayandırılacağı barədə ciddi siqnallar verməyə tələsmir. Əksinə, aşağı faizlərin uzun müddət mövcud səviyyələrdə qalacağı, istiqraz alışlarının lazım gələrsə Sentyabr ayından sonra da davam edəcəyi bildirilir. Qeyri-müəyyənlik Avronun da kəskin dəyər qazana bilməsinə mane oldu.
Xəbər verdiyimiz kimi, bu gün Avropa Mərkəzi Bankının Mart ayı toplantısı baş tutub. Ətrafı:http://marja.az/news/21757
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
12 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
13 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
13 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti






.jpg)
.jpg)









.jpg)





