2,7 milyard manatını "yedik-içdik"
2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,2 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2017-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 5 314,9 | 102,5 |
o cümlədən: | ||
ərzaq məhsulları | 2 410,2 | 102,0 |
içkilər və tütün məmulatları | 281,1 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 949,6 | 103,0 |
elektrik malları və mebellər | 328,3 | 102,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 39,9 | 101,8 |
əczaçılıq və tibbi mallar | 67,5 | 102,1 |
avtomobil yanacağı | 302,3 | 101,1 |
digər qeyri-ərzaq məhsulları | 936,0 | 104,2 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,3 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalar 0,1 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 271,6 manat və ya 2017-ci ilin yanvar-fevral aylarının göstəricisindən nominal ifadədə 17,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















