"PAŞA Holdinq" bankına əlavə 106 milyon manat sərmayə yatırır
"PAŞA Bank"ın Türkiyədəki törəməsinin nizamnamə kapitalı artırılır.
"Marja" xəbər verir ki, "PAŞA Holdinq"in dəstəyi ilə "PAŞA Yatırım Bankası"nın nizamnamə kapitalı 255 milyon TL-dən 500 milyon TL-yə qaldırılacaq.
Bank tərəfindən verilən açıqlamada, "Bankımızın İdarə Heyəti 16 Mart 2018-ci il tarixində nizamnamə kapitalının artırılması ilə əlaqədar qərar verib. Qərar ilə, Bankımızın 245 milyon TL məbləğində ödənilmiş kapitalı, dolayı hakim səhmdarımız "Pasha Holding LLC"nin 245 milyon TL (təxminən 106 milyon manat) sərmayəsilə 500 milyon TL-yə (216 milyon manat) qaldırılacaqdır" ifadələri yer alıb.
"PAŞA Bank", Türkiyə, Azərbaycan və Gürcüstanda fəaliyyət göstərir.
"PAŞA Yatırım Bankası" 2017-ci ilə dair maliyyə nəticələrində 16 milyon TL (7,2 milyon manat) xalis mənfəət əldə etdiyini, aktivlərini 76% nisbətində artıraraq 897 milyon TL-yə, nağd kredit həcmini isə 77 % artıraraq 713 milyon TL-yə çatdırdığını açıqlamışdı.
“PAŞA Yatırım Bankası”nın 99.9196%-i "PAŞA Bank"a məxsusdur."PAŞA Bank", “PAŞA Holding” şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
























