ABŞ Çinə əlavə gömrük vergisi və məhdudiyyətər tətbiq edir
ABŞ Çinə əqli mülkiyyət oğurluğu iddiası ilə 50 milyard dollarlıq əlavə gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. ABŞ Xəzinə Nazirliyinin Çinin ABŞ-dakı investisiyalarına məhdudiyyətlər tətbiq etməsi nəzərdə tutulur. Çinə tətbiq olunacaq 50 milyard dollarlıq əlavə vergilər 15 gün ərzində müəyyənləşəcək.
ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb və məsələ ilə əlaqədar olaraq, "Çinə əlavə vergi və məhdudiyyətlər uzun zamandır planlaşdırılırdı. Çini dost kimi görürəm, ancaq ABŞ-ın Çin ilə olan xarici ticarət kəsiri nəzarətdən çıxdı" açıqlamasını edib.
ABŞ Prezidenti Donald Tramp, Çinə milyardlarla dollarlıq əlavə gömrük vergisi və investisiya məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutan sərəncamı imzalayıb.
Trump, Ağ Evdə təşkil olunan mərasimdə imzaladığı sərəncamla, ölkəsinin əqi mülkiyyət haqlarını və texnologiyalarını qorumaq məqsədilə, Çinə qarşı bir sıra kommersiya tədbirləri görülməsi göstərişi verib.
Sərəncamı imzalamamışdan əvvəl qısa bir çıxış edən Tramp, Çini bir dost olaraq qəbul etdiyini bildirərək, "Çinin dövlət başçısı Şiyə böyük hörmətlə yanaşıram. Bizə Şimali Koreya məsələsində çox kömək edirlər". deyib.
Tramp, buna baxmayaraq, ABŞ-ın Çin qarşısında yarandığı ticarət kəsirinin (ABŞ-ın Çinə ixacı,Çindən idxalından azdır) nəzarət edilə bilinəcək səviyyələrə düşməsi məqsədilə hərəkətə keçmək məcburiyyətində olduqlarını qeyd edib.
Trump, Çinə tətbiq ediləcək əlavə gömrük vergisi və investisiya məhdudiyyətlərinin həcminin 60 milyard dollara da çata biləcəyini deyib.
ABŞ Prezidenti Tramp sərəncamı imzalayarkən, "Bu bir çox sərəncamın ilkidir", ifadəsini istifadə etməsi, gələcəkdə yeni tədbirlərin görüləcəyi şəklində şərh olunur.
25 faiz əlavə gömrük vergisi
Ağ Evin yaydığı sərəncama görə, Trump, Çinə qarşı əlavə gömrük vergisi və investisiya məhdudiyyətlərini müəyyən etmək vəzifəsini ABŞ Xəzinə Nazirliyi və Ticarət Nümayəndəliyinə (USTR) verib.
USTR-ın müəyyənləşdirdiyi bəzi Çin məhsullarına 25 faiz əlavə gömrük vergisi tətbiq edilməsi nəzərdə tutulur. Sözügedən gömrük vergisinin müdafiə, aeronavtika, informasiya texnologiyaları və emal sektoruna yönəlmiş olması planlaşdırılır.
USTR-ın hansı məhsullara gömrük tarifi tətbiq olunacağına dair siyahı 15 gün ərzində ictimaiyyətə açıqlanacaq.
Digər tərəfdən, ABŞ Xəzinə Nazirliyinin də Çinə qarşı uyğun investisiya məhdudiyyətlərini 60 gün ərzində müəyyənləşdirməli və Ağ Evə təqdim etməlidir.
Sərəncam həmçinin, USTR-ın Çinin lisenziyada ayrı-seçkilik siyasətinə qarşı Dünya Ticarət Təşkilatına müraciət etməsini ehtiva edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
1 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
1 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
Fevralın 15-də gözlənilən hava şəraiti























