“Ehtiyac olsa, xarici avtomobillərə rüsumu artıracağıq”
Neftçala sənaye məhəlləsində avtomobil istehsal başlanandan sonra Azərbaycan öz daxili bazarını qorumağa daha diqqətlə yanaşacaq. İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Neftçaladakı Azərbaycan-İran müəssisəsin olan “Xəzər” Avtomobil Zavoduna indiyədək 21 milyon manat sərmayə yatırılıb. Azərbayan tərəfinin payı burada 75%-dir.
Zavodda ildə 10 min avtomoibil buraxılacaq və bu avtomobillər həm yerli, həm də xarici bazarlada “Made in Azerbaijan” brendi altında satılacaq. Bu avtomobillər daxili bazardakı tələbatı təmin etməklə yanaşı idxalı da əvəz etməlidir: “Layihə həm Azəobaycanın avtomobil bazarının müayyən seqmentində idxalı əvəzedici rol oynayacaq, həm də layihə nəticəsində ölkədə yeni bir sənaye sahəsi olaraq ixrac başlanacaq. İlk dəfə istehsal olunduğuna görə, hələlik Azərbaycanda yalnız avtomobillərin yığılması və quraşdırılma işləri aparılacaq. Gələcəkdə isə ehtiyat hissələrinin bir hissəsinin Azərbaycanda istehsalı məsələsi gündəliyə çıxacaq”.
S.Babayev bildirib ki, Neftçalada buraxılan avtomobillər xarici ölkələrə də ixrac ediləcək: “Xüsusilə qonşu ölkələrə avtomobil ixrac ediləcək. Buradakı avtomobillər həm keyfiyyətinə həm də qiymətinə görə rəqabət qabiliyyətlidir. Və biz düşünürük ki, qısa zamanda həm bizim bazarda, həm də region bazarında öz layiqli yerini tutacaq”.
SƏRFƏLİ FAİZ İLƏ LOMBARD KREDİTİ
Zavod işə düşəndən sonra yerli bazarı qorumaq üçün xaricdən gətirilən avtombillərə vergilərin artırılması planlarına gəlincə, S.Babayev bildirib ki, daxili bazarın qorunması üçün ümumiyyətlə silsilə və sistemli işlər aparılır. Bu işlərin bir hissəsi yerli istehsalın dəstəklənməsinə, bir hissəsi isə daxili bazarın qorunmasına yönəldilir: “Yerli istehsalın dəstəklənməsi üçün Neftçalada çox yaxşı şərait yaradılıb, onlar üçün ərazi ayrılıb, infrastruktur xətləri və s. çəkilib. Bunların xərcini isə dövlət çəkib”.
Eyni zamanda investisiya təşviqi çərçivəsində bu zavoda vergi və gömrük güzəştləri təttbiq edilib. Zavod fəaliyyəti müddətdə rüsum və vergilərdən azaddır.
Nazir müavini onu da vurğulayıb ki, qanunvericiliyə də dəyişiklik edilərək yerli istehsal olunan mallara idxal olunanlardan daha çox üstünlük verilməsi barədə qanunverici baza yaradılıb:
“Yəni xarixi məhsulla eyni keyfiyyətdə olan Azməhsulu xarici malodan hətta 20% baha olsa bel, dövlət satınalmalarında Az-n məhsuluna üstünlük verilməlidir. Yəni burada da biz yenrli istehsal olunan mallara 20% həcmində qiymətdə əlavə rəqabəti imkanı haqqı tanıyırıq. İş prosesində istehsal davam etdikcə digər səpkili dəstəklərə ehtiyac olarsa biz bunları da edəcəyik. Çünki biz NK qərarları ilə bir sıra məhsullara spesifik rüsumlar tətbiq etmişik. Bunlar əsasən kt məşsullarıdır. Hansı məhsullarla özümüzü təmni temək qabiliyyətimiz 90%-dən artıqdır və 100%-ə yaxındır. Həmin məhsullar üzrə biz idxala spesifik rüsumlar tətbiq edirik və bununla daxili baxarı qoryub yerli istehsaçılarımıza şərait yaradırıq. Avtomobil sənayesi də istisna deyil. Azərbaycanın tərəbatını ödədikdən sonra qeyd etdiyim dövlət dəstəyi ilə yanaşı, ehtiyac olarsa, daxili bazarın qorunmsı təlbirləri də görülə bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























