Google necə işləyir?
Dünya iqtisadiyyatının əsas dayaq nöqtələrindən birini təşkil edən, internet trafikinin 82%-ni idarə edən və 2013-ci ildə 53 milyard dollar gəlir qazanan dünyanın ən sürətli böyüyən, ən çox bəyənilən, ən çox danışılan şirkəti Google necə idarə olunur? www.readit.az – ın bu dəfəki məqaləsi dünyanın ən böyük və məhşur şirkətlərindən biri olan Google-un fəaliyyəti haqqındadır.
Bu bestseller kitabın qısa məzmunu saytımızdan azərbaycan dilində oxuya bilərsiniz => Indi Oxu
Google-un iki idarəçisi -İcra heyətinin rəhbəri Erik Şmidt və vitse-prezident Conatan Rozenberq - tərəfindən yazılan və bütün dünyada çox satılanlar siyahılarında ilk sıralarda olan bu kitab Google-un yaratdığı dəyərlər və şirkət mədəniyyəti sayəsində dünyanın ən güclü şirkətlərindən birinə çevrilməsindən bəhs edir. Strategiya, rəhbərlik, qərar qəbul etmə mexanizmləri, rabitə, innovasiya kimi məsələlərdə yeni yanaşmalar təqdim edən “Google necə işləyir?” kitabı bir çox nümunələrlə dünyanın ən nəhəng şirkətlərindən birinin necə idarə edildiyini haqqında məlumatlar verir. Rəhbərlik və marketinq sahəsində son trendləri izləyən, şirkətini necə böyütmək və gücləndirmək haqqında düşünən, öz biznesini qurmaq istəyən və kariyera baxımındaan yüksəlmək istəyən insanlar üçün Google-un ən ağıllı iki rəhbərinin yazdığı bu kitab əvəzolunmaz məlumat mənbəyidir.
Google 40-dan çox ölkədə 45.000-dən çox əməkdaşı olan 50 milyard dollarlıq bir şirkətdir. Şirkətin müvəffəqiyyəti qurucularının Google-da yeni, müasir bir iş mühiti yaratmaq üçün mövcud iş saatlarını və idarəetmə prinsiplərini yenidən işlədiklərini əks etdirir.
Müəlliflər kitabda biznes qurmağa hazırlaşanlara uğur qazanmaq üçün özlərinin də əsaslandıqlarını bəzi prinsipləri tövsiyə edirlər:
- Mükəmməl məhsullar və platformalar quraraq yüksək səviyyəli xidmətlər təqdim edin.
- “İstifadəçiyə fokuslanın” və “pul məsələləri” özbaşına həll olunacaq.
- Ən yaxşı axtarış sistemini istedadlı mühəndisləri seçərək və onlara azadlıq verərək yaradın.
- Demokratik idarəetmə formasını seçin, insanların əməliyyatlar və proseslər tərəfindən narahat edilmədən işləməsinə icazə verin.
- Şübhəniz olduqda, “mühəndislərlə danışın.”
Diqqət mərkəzində qalmağın yeganə yolu mükəmməl məhsullar təqdim etməkdir. İnsanlar həddindən artıq çox məlumat əldə edə bilər, ancaq böyük marketinq və reklam büdcəsinə sahib olmaq uğurun davamlılığını təmin etmir. Müvəffəqiyyətsizliyə və yeni sınaqlara səbəb olan riskli təcrübələrin xərcləri isə xeyli aşağıdır. Bu, bəzən yüksək texnologiyalı məhsullar üçün də keçərlidir. Prototipləri ucuz qiymətə hazırlayan 3D çap prosesi vasitəsilə bir çox fikri təcrübədən istehsala gətirmək mümkündür.
Yeni bir məhsul yaradın, yerli və ya regional uğurlar qazanın, sonra satış, çatdırılma və xidmət kanalları yaradaraq, inkişaf vəziyyətinizə uyğun formada istehsal gücünü artıraraq bir addım da irəliləyin.
Fəaliyyət zamanı komandanın əhəmiyyətini xüsusi qiymətləndirən Google rəhbərləri aşağıdakı xüsusiyyətlərə malik olan insanları işə götürməyinizi tövsiyə edir:
1.Öyrənmək istəməyənləri deyil, daha ağıllı və bilikli insanları;
2.Məhsulunuzun və mədəniyyətinizin dəyərini artıracaq insanları;
3.Problemləri həll edən insanları;
4.Həvəsli, özünü motivasiya edən və ambisiyalı insanları;
5.Komanda ilə işləməyi bacaran və ilham verən insanları;
6.Qrup və şirkətlə birlikdə inkişaf edən insanları;
7.Çox tərəfli, unikal maraq sahələrinə və qabiliyyətlərə sahib insanları;
8.Əxlaqlı və açıq ünsiyyət quran insanları;
9.Və ən vacibi, mükəmməl hesab etdiyiniz namizədi.
Nəhayət, bu möhtəşəm kitabın qısa məzmununu saytımızdan əldə etməklə, uğur əldə etmək üçün daha nələr etməli olduğunuzu qısa müddət ərzində öyrənə və tətbiq edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
















.jpg)


