“Unibank”ın son vəziyyəti məlum oldu - RƏQƏMLƏR
“Unibank” ASC 2018-ci ilin 1-ci rübünü 4 milyon 739 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “Unibank”ın cəmi gəlirləri 15 milyon 336 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 178 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 149 min manat təşkil edib. Bankın cəmi faiz və qeyri-faiz xərcləri isə 18 milyon 868 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra bankın 3 milyon 532 min manat əməliyyat zərəri yaranıb.
Əvvəlki illər yaradılmış ehtiyatların 8 milyon 271 min manatı gəlirə çevrildiyindən Bankın vergilər ödənildikdən sonra xalis mənfəəti 4 milyon 739 min manat təşkil edib. Ehtiyatların azalaraq gəlirə çevrilməsi (azad olması) "Unibank"ın ödəmə vaxtı keçmiş kreditlərin bir hissəsini geri yığdığına işarədir.
2017-ci ilin 1-ci rübündə “Unibank” 17 milyon 751 min manat faiz gəlirləri əldə etmiş, qeyri-faiz əməliyyatlarında isə 3 milyon 451 min manat zərər etmiş və həmin dövrü 334 min manat zərər ilə başa vurmuşdu. 2017-nin yanvar-mart dövündə Bankın cəmi xərcləri 17 milyon 863 min manat təşkil etmiş, ehtiyatara 3 milyon 563 min manat ayrılmışdı.
31.03.2018-ci il tarixinə “Unibank” 581 milyon 194 min manat cəmi aktivlərə, 513 milyon 227 min manat cəmi öhdəliklərə və 67 milyon 967 min manat cəmi balans kapitaına malik olub. Bank 2017-ci ilin sonunda 601 milyon 840 min manat cəmi aktivlərə, 538 milyon 418 min manat cəmi öhdəliklərə və 63 milyon 421 min manat cəmi balans kapitalına malik idi.
İlk rübdə Bankın müştərilərə verdiyi kreditlər 280 milyon 86 min manatdan 296 milyon 484 min manata yüksəlib. Kreditlərin artması mühüm əhəmiyyət kəsb edir.
Maliyyə vəziyyəti haqqında hesabat | min manat |
Aktivlərin maddələri | 31.03.2018 |
Nağd vəsaitlər | 29 653 |
ARMB-yə qarşı tələblər | 89 238 |
“Nostro" hesablar | 16 187 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər | 52 789 |
Qiymətli kağızlara investisiyalar | 8 235 |
Müştərilərə verilmiş kreditlər | 296 484 |
Əsas vəsaitlər | 58 029 |
İnvestisiyalar | 993 |
Digər aktivlər | 29 587 |
Cəmi aktivlər | 581 195 |
Öhdəliklərin maddələri | 31.03.2018 |
“Loro" hesablar | 190 |
Müştəri hesabları | 331 491 |
Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər | 174 291 |
Digər passivlər | 7 256 |
Cəmi öhdəliklər | 513 227 |
Cəmi xalis aktivlər | 67 967 |
Cəmi öhdəliklər və kapital | 581 195 |
Balansdankənar öhdəliklər | 31.03.2018 |
Qarantiyalar və bu qəbildən olan öhdəliklər | 2 952 |
Kredit alətləri | 61 330 |
Akkreditivlər | - |
Forvard və fyuçers müqavilələri | 18 937 |
Digər balansarxası öhdəliklər | 766 |
Cəmi | 83 984 |
Mənfəət və zərər haqqında hesabat | İlin əvvəlindən |
(min AZN-lə) | |
| 1. Rüb - 2018 |
Faiz və gəlirlərin bu qəbildən olan növləri | 11 187 |
Faizlər və onlara bağlı xərclər | (5 176) |
Xalis faiz mənfəəti | 6 011 |
Qeyri-faiz gəlirləri | 4 149 |
Qeyri-faiz xərcləri | (13 692) |
Xalis əməliyyat mənfəəti | (3 532) |
Ehtiyatlar üzrə ayırmalar | 8 271 |
Vergilər ödənildikdən sonra mənfəət / (zərər) | 4 739 |
İlin əvvəlindən | |||||
Kapital hərəkəti haqqında hesabat | (min AZN-lə) | ||||
Səhmdar kapital | Səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq | Bölüşdürülməmiş mənfəət (zərər) | Ümumi ehtiyatlar | Cəmi kapital | |
31 dekbar 2017 | 125 686 | 484 | (68 285) | 5 537 | 63 422 |
Səhmlərin emissiyası | - | - | - | - | - |
Dividend ödənişi | - | - | - | - | - |
Bölüşdürülməmiş mənfəətdə (zərərdə) düzəliş | - | - | - | - | - |
Dövr ərzində mənfəət/zərər | - | - | 4 739 | - | 4 739 |
Ümumi ehtiyat üzrə dəyişilik | - | - | - | (194) | (194) |
31 mart 2018 | 125 686 | 484 | (63 546) | 5 343 | 67 967 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN














.jpg)






