“Bank BTB”də gəlirlər xərcləri ödəmir – ZİYAN

“Bank BTB” ASC 2018-ci ilin 1-ci rübünü 298 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 1-ci rübünü 1 milyon 144 min manat xalis zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatıarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart dövründə “Bank BTB”nin cəmi gəlirləri 5 milyon 394 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 142 min manat, qeyri-faiz gəlirləri 1 milyon 252 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın cəmi gəlirləri 26,3% artıb.
2017-ci ilin yanvar-mart dövründə “Bank BTB”nin cəmi gəlirləri 4 milyon 272 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 453 min manat, qeyri-faiz gəlirləri 819 min manat təşkil etmişdi.
2018-ci ilin ilk rübündə də “Bank BTB”nin gəlirləri xərclərini bağlamağa kifayət etməyib və nəticədə 31 min manatlıq əməliyyat zərəri yaranıb. Kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 329 min manatı gəlirə çevrildiyindən həm zərər bağlanıb, həm də Bankın 298 min manat mənfəəti yaranıb.
2017-ci ildə də “Bank BTB” ehtiyatların azad olması (gəlirə çevrilməsi) hesabına mənfəətə çıxmışdı. Belə ki, ötən il Bankın 5 milyon 350 min manat əməliyyat zərəri yaranmış, lakin kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 6 milyon 37 min manatının gəlirə çevrilməsi nəticəsində həm əməliyyat zərəri bağlanılmış, həm də 687 min manat xalis mənfəət təmin olunmuşdu.
2017-ci ilin 1-ci rübündə “Bank BTB”nin əməliyyat zərəri 3 milyon 79 min manat təşkil etmiş, ehtiyatların 1 milyon 936 min manatı gəlirə çevrilmişdi. Qeyd edilməlidir ki, rüblük müqayisədə Bankın əməliyyat zərəri kəskin azalıb.
31.03.2018-ci il tarixində “Bank BTB” 290 milyon 270 min manat cəmi aktivlərə, 235 milyon 560 min manat cəmi öhdəliklərə və 54 milyon 710 min manat cəmi balans kapitaına malik olub.
31.12.2017-ci il tarixində “Bank BTB” 268 milyon 770 min manat cəmi aktivlərə, 214 milyon 799 min manat cəmi öhdəliklərə və 53 milyon 971 min manat cəmi balans kapitalına malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Bir çox bankda müştərirlərə verilən kreditlər azalarkən, “Bank BTB”də artıb. İlk rübdə Bankın müşətərilərə verdiyi kreditlər 22 milyon 584 min manat artaraq ötən ilin sonundakı 130 milyon 936 min manatdan 153 milyon 520 min manata yüksəlib.
31.03.2018-ci il tarixində “Bank BTB” 54 milyon 57 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
- 20 d. əvvəl
-
- 45 d. əvvəl
-
51 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
