Fed faiz qərarını verdi
FED faizi sabit saxladı
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başa çatıb. Gözlənildiyi kimi, Fed faizi dəyişdirməyərək 0,50%-0,75% intervalında saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib.
İqtisadçılar Fed-in faiz artıracağını gözləmirdi.
Bazarlar Fed-in yayacağı bəyanata fokuslanıb. Bəyanatda növbəti faiz artırımına dair necə mesajlar veriləcəyi mühümdür.
Amerika Mərkəzi Bankı yaydığı bəyanatında, əmək bazarının mötədil (nə az, nə çox) inkişafın olduğu bir şəraitdə güclənməyə davam etdiyini qeyd edərək, məşğulluqdakı artımın "möhkəm" olduğunu və işsizliyin aşağı səviyyədə qaldığını bildirib.
Fed istehlakçı etimadı və iqtisadi inamın son zamanlar yüksəldiyini qeyd edib.
Amerika Mərkəzi Bankının açıqlamasında investisiyaların "yumşaq" qaldığı, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu qeyd edilib.
Fedin faiz qərarından sonra qlobal birjalarda kəskin qiymət dəyişiklikləri baş verməyib. Dollar avro qarşısında təxminən 0,5% bahalaşıb və EUR/USD məzənnəsi 1.0741 olub.
Fed qeyd edib ki, inflyasiya son rübdə yüksəlib, amma hələ də 2% olan hədəfdən aşağıdır.
Fed Martda ehtimal olunan faiz artırımına dair mesaj verməyib. Fed "dəstəkləyici" (yumuşaq pul siyasəti) siyasətin davam edəcəyini bəyan edib. Səbəb hələ də inflyasiyanın 2%-ə yüksəlməməsidir.
Bəyanatdan sonra, Analitiklər FED-in İyun ayına qədər gözləyəcəyini bildirirlər.
Xəbər verdiyimiz kimi ABŞ-ın yeni prezidenti güclü Dollara qarşı çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























