"Bankımız 2018-ci ilə olduqca optimist köklənib"
AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb. Portfeldə nəzərə çarpan stabil artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi yüksək etimadın göstəricisidir. Belə ki, depozit portfeli ilin əvvəlinə olan göstəricidən 28,381 milyon manat və ya 7,1% çoxdur.
31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib ki, bu da minimal normadan təxminən 4 dəfə çoxdur. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: "Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Bundan başqa, bankın müştərilərinin və aparılan əməliyyatların sayında da ciddi artım müşayiət olunur. Bu müsbət dinamikaya əsaslanaraq cari illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)







