Bank Respublika premium kartların tam çeşidini təklif edir

Bank kartı həyat tərzinin dəyişməz atributu sayılır. Çünki məhz kart vasitəsilə dünyanın istənilən nöqtəsində xüsusi imkan və üstünlüklərdən yararlanmaq olar. Bəs fərdi güzəştlər aləmi və maksimum üstünlükləri necə əldə etmək olar?
Bu suallara cavab vermək üçün Bank Respublika Sİzə təklif etdiyi premium kartları haqqında ətraflı məlumat təqdim edir.
MasterCard World Elite
MasterCard ödəniş sisteminin ən yüksək ranqlı kartı sayılır. Şəxsi pul vəsaitlərinin saxlanılması və kredit xəttindən istifadə etmək üçün universal ödəniş vasitəsidir. Bu kart 200-dən artıq ölkədə ödənişləri yerinə yetirməyə imkan verir, sistemin konsyerj xidməti isə 24 saat ərzində Sizə dəstək verəcək. Səyahət zamanı hansısa ekzotik aksessuar zövqünüzə oxşadı? Əmin olun ki, konsyerj xidməti ən qısa müddətdə həmin əşyanı Sizin üçün çatdıracaq.
Bu kart dünyanın bir çox hava limanlarının VIP zallarından faydalanmaq imkanını təmin edir.
Intercontinental Hotels Group və hotels.com onlayn xidmətinin təqdim etdiyi eksklüziv endirimlərlə səyahətiniz həm də sərfəli olacaq. Səfər zamanı MasterCard tərəfdaşları olan AVIS və Hertz proqramlarının xüsusi təklifləri ilə avtomobili icarəyə götürmək mümkündür. Premium satış nöqtələrindəki fərdi endirimlər harada olmanızdan asılı olmayarq Sizi yeni alışlar etməyə ilhamlandıracaq.
World Elite kartı ilə səyahət etmək həmçinin təhlükəsizliyin təminatıdır. Geniş çeşidli sığorta proqramı istədiyiniz əyləncələ növləri ilə məşğul olmanıza imkan verəcək: yol sığortası, həyat və əmlak sığortası həmçinin MasterCard-ın sığorta üzrə partnyorlarından olan digər təkliflər.
Komfort və yüksək xidmətə dəyər verirsinizsə MasterCard World Elite kartının güzəştlər aləmi tam ürəyinizcə olacaq.
Visa İnfinite
Bu kart Visa ödəniş sisteminin məhsulları sırasında prestijinə görə ən yüksək pillədədir və maksimum sayda üstünlükləri var. Bu kartı Bank Respublikadan əldə etdikdə hədsiz imkanlar aləmi və fərdi güzəştlər paketinə sahib olacaqsınız. Dünya üzrə bütün ödənişləri rahatlıqla onlayn aparmaq olar. Ailənizlə birlikdə tibbi sığorta səyahət zamanı Visa İnfinite paketinə daxil edilir. İndi şopinqdən həzz almaqla yanaşı əmin ola biləcəksiniz ki, alışlarınız da sığortalıdı (xarab olma, yolda zədələmədən).
Dünyanın aparıcı otel şəbəkələrinin ən maraqlı təklifləri: Hotelclub, Visa Luxury Hotel Collection (dünya üzrə 900 çox otel), Six Senses, Hilton Worldwide hotels və digər tanınmış brendlər. Asudə vaxtın keçirilməsi və idman üçün nəzərdə tutulmuş özəl proqramlar Sizin üçün istirahət və işgüzar səfərlər zamanı komfort zonası yaradacaq. Dünyanın aparıcı hava limanlarında VİP zonaya sərbəst giriş, 24/7 rejimində dünyaca çalışan konsyerj xidməti uzun müddətdir ki, Visa Infinite sahiblərinin vərdiş etdikləri üstünlüklərdir.
Visa Infinite kartını əldə etdikdə sonsuz güzəştlərin gərçək əhatəsini hiss edəcəksiniz.
MasterCard Black Edition
Güzəştlər aləmində iki əsas təkliflərə baxdıqdan sonra, tamamilə başqa bir səviyyədə servisdən və digər imkanlardan vaz keçmək olmaz. MasterCard Black Edition kartı artıq bugün güzəştlər aləminə səyahətinizə başlamaq üçün yaradılıb.
Bu kart MasterCard Platinum-dan sonrakı mərhələ sayılır və təklif edilən üstünlüklərin yenilənməsini təzahür edir. Black Edition-la səyahətiniz dahat rahat keçəcək. Hava limanıda VİP zonaya sərbəst giriş, 24/7 rejimində çalışan konsyerj xidməti kart əldə edilən vaxtdan aktivləşdirilir. Xaricdə olduğunuz zaman bank kartı səyahətinizin sığortasını yetişdiyiniz anda təmin edir.
MasterCard Black Edition – güzəştlər aləminə səyahət etmək üçün ən gözəl seçimdir, eyni zamanda komfortun maksimum həddinə keçid üçün zəruri üstünlüklər əldə edilir.
Qeyd olunan üstünlüklərdən başqa “Bank Respublika”nın bütün premium kartları bir sıra xidmətlərini gündəlik təqdim edir. Kontaktsız ödənişlər bir toxunuşla vaxtınıza qənaət edəcək. Dünyanın istənilən nöqtəsində pulsuz İnternet və Mobil bankinq xidməti. SMS-bankçılıq xidməti internet olmayan yerdə belə hesablarınıza nəzarət etməkdə yardımçı olacaq. 300-dən artıq ticarət nöqtələrindən alış etdikdə məbləğin 20%-dək hissəsi karta bonus şəklində keş-bək qaytarılır. Güzəştlər aləmində seçim etmək üçün daha ətraflı məlumatı bankın saytından oxuyun.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat sonra
-
37 d. əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
46 d. əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
1 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
2 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
2 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
3 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
Ən çox oxunanlar

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
