Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək - FƏRMAN
Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Ətraflı: http://marja.az/news/24147
"Marja" xəbər verir ki, Fərman ilə Fondun nizamnaməsinə yarımbənd əlavə edilib.
Əlavə ilə Fonda, yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də tapşırılır.
"Aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin: 2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir",- Fərmanda deyilir.
Qısası, Fond mənzilləri alacaq və kirayəyə verəcəkdir. Bir şərtlə ki, həmin mənzil sonda kirayə götürənə satılacaqdır. Bunun üçün mexanizm və qaydalar hazırlanacaqdır. Yeniliyin üstünlüyü, əhalinin bir qrupunun çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olması ola bilər.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Fərman ilə Fonda, müvafiq olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu- Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)




.jpg)





