SOCAR-dan Türkiyə hökumətinə müraciət
SOCAR Türkiyədəki aktivi olan Petkimin yerləşdiyi ərazinin “strateji investisiya bölgəsi” elan edilməsi üçün hökumətə müraciət edib.
Bunu “SOCAR Türkiyə”nin İdarə Heyətinin sdri Vaqif Əliyev türkiyəli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə üzrə planlanmış investisiyalar davam etdirilir. “19,5 milyard dolara çatacaq investisiyalara əlavə olaraq ikinci Petkim adlandırılan investisiya layihəmiz var. Dəyəri 3 milyard dollar olacaq bu nəhəng layihə üçün 2019-cu ildə investisiya qərarı veriləcək. İnvestisiyanın planlaşdırıldığı Aliağa bölgəsinin “strateji investisiya bölgəsi” elan edilməsi verəcəyimiz qərarı asanlaşdıracaq,” – deyə Vaqif Əliyev bildirib.
Sinqapurda bu kimi oxşar strateji investisiya bölgəsinin olduğunu xatırladan V. Əliyev hökumətlə işlərin davam etdirildiyini qeyd edib: “Yeni Petkim olaraq adlandırdığımız bu investisiyanın ayrılması üçün “strateji bölgə” istəyimizi hökumətə təqdim etdik. Biz özümü Türkiyədə strateji investor kimi görürük. Türkiyə də bizi strateji investor kimi görür. Aliağa bölgəsinə strateji investisya bölgəsi statusunun verilməsi bizim investisiyalarımızı asanlaşdırır. İnvestisiya qoyularkən müxtəlif nazirliklərə müraciət edilməyəcək. Bütün yatırım prosesi bir əldən həyata keçiriləcək və bu qərar bürokratiyanı azaldacaq”.
SOCAR-ın xarici investisiyalarının 80%-nin Türkiyəyə yatırıldığını deyən V. Əliyev bu günə qədər qardaş ölkəyə 12,6 milyard dollarlıq investisiya yatırıldığını bildirib: “Petkimin özəlləşdirməsindən sonra hər il 100 milyon dollarlıq investisiya edirik. 10 ildir Türkiyədən bir qəpik belə gətirməmişik. Qazandığımız hər qəpik Türkiyəyə investisiya edilir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






