Bu ölkədən Azərbaycana azı 150 min ərəbin gələcəyi gözlənir
2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana 102600 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 7 min, 2016-ci ildə 48 min nəfər olub.
Bunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ( BƏƏ) səfiri Daşqın Şikarovun bildirib.
O, "Sevindirici haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir" deyrək szlərinə belə davam edib:
“Reuters” agentliyinin yaydığı məlumata görə, turizm və ticarət sahəsində aparıcı şirkət sayılan TRAVELPORT tərəfindən aparılmış tədqiqatlara əsasən 1 aprel 2017 - 31 mart 2018-ci il ərzində Azərbaycan BƏƏ səyahətçiləri tərəfindən ən çox səfər edilən 2 ölkədən biri olub. Həmin müddət ərzində GDS (Global Distribution Systems) qlobal şəbəkəsinə Azərbaycana səfər etmək üçün daxil olmuş sifarişlərin sayı keçən ilə nisbətən 50% artıb. Digər mənbələrdən əldə etdiyimiz statistik məlumatlar sözügedən rəqəmi təsdiqləyir. Düşünürəm ki, 2018-ci ildə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfərdən çox olmasını proqnozlaşdırmaq olar".
Səfir qeyd edib ki, ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi, Azərbaycanda hökm sürən əmin-amanlıq, inkişaf, stabillik, qonaqpərvərlik turizmin inkişafına müsbət təsir edən əsas amillərdəndir:
"Bildiyiniz kimi, 2017-ci ilin mart ayında BƏƏ-nin “Air Arabia” şirkətinin Şarja-Bakı, 2018-ci ilin mart ayında isə “Etihad” hava yollarının Abu Dabi-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Bu uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AZAL və “FlyDubai” şirkətlərinin uçuşlarına əlavə olunub. Həftədə üç dəfə olmaqla, uçuşlara başlayan “Etihad” hava yolları tələbin çoxluğuna görə artıq təyyarələrini daha böyük model ilə əvəzləyib, yaxın zamanlarda uçuş sayını artırmaq barədə düşünür. 2018-ci ilin iyun ayından “Air Arabia” şirkətinin Şarja-Bakı xətti üzrə uçuşlara başlaması planlaşdırılır. BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqları, birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırır. Məhz bu baxımdan, Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə uçuşların açılması turist mübadiləsinin artmasına xidmət edə bilər".
Daşqın Şikarov əlavə edib ki, ərəb turistlərini Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























