Daha bir iqtisadçı 200 manatlıq əskinasın buraxılmasını tənqid edir
"Azərbaycan Mərkəzi Bankının 200 nominallı əskinasları buraxması addımı hökumətin nağdsız ödənişləri stimullaşdırmaq və nağd əməliyyatları məhdudlaşdırmaq siyasətinə uyğun gəlmir".
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu gün Azərbaycana 200 nominallı puldan çox, 2 nominallı pul lazımdır.
"Çünki 1 və 5 nominallı əskinaslar arasında hər hansı nominalın olmaması ödənişlər zamanı əhali üçün çətinlik yaradır. Mərkəzi Bank dövriyyəyə 2 nominallı pul buraxmaqla bu problemi aradan qaldıra bilər. Məlumat üçün deyim ki, məzənnəsi milli valyutamıza yaxın olan ölkələrdə 2 nominallı pul (bu daha çox metal sikkə şəklində olur) mövcuddur. Məsələn, Avropa avrosunu, Britaniya funtunu, Gürcüstan larisini, Belorus rublunu, Bolqarıstan levini, Braziliya realını qeyd etmək olar. Bu ölkələrin valyutalarının dəyəri manatın dəyərinə yaxın olduğundan (fərq ən çoxu 2 dəfədir) müqayisə üçün uyğun nümunə ola bilər. Adı çəkilən ölkələrdə avro və lari istisna ən böyük nominal 100-lükdür. Bu siyahıya Kanada və Yeni Zelandiya dollarının da əlavə etmək olar. Avrozona artıq 500 nominallıq əskinasdan imtina edir və dövriyyədə yığışdırılır. Bundan sonra ən yüksək nominal 200 avro olacaq. Ancaq avro zonanın həm iqtisadiyyatının, həm də əhalisinin gəlirlərinin həcmi bizimlə müqayisə oluna bilməz".
S.Əliyev əlavə edib ki, iqtisadiyyatı böyük ölkələr getdikcə iri nominallı əskinaslardan imtina edir və Avropa bunun bariz nümunəsidir.
"Maya dəyəri ucuz olmasına rəğmən iri nominallı pullar nağd dövriyyəni stimullaşdırmaqla yanaşı, pul kütləsinin iqtisadi subyektlərə effektiv yayılmasına əngəl yaradır. Çünki belə pullar iqtisadiyyatda ödəniş yox, daha çox yığım vasitəsi qismində iştirak edir. Azərbaycanda da belə olacaq. Daha çox yığıma gedəcək. Ancaq devalvasiyadan sonra əhali hələ ki, manatı yığım vasitəsi kimi istifadəyə tələsmir. İri nominallı pulu marketlərdə xırdalanması problemlər yaradacaq. Düşünürəm ki, Mərkəzi Bank təcili olaraq 2 manatlıq sikkələrin buraxılışına başlamalıdır. Yeni nominallı pulun psixoloji təsiri olsa da bu, uzunmüddətli olmayacaq", - deyə S.Əliyev vurğylayıb.
Bununla belə iqtisadçı-ekspert hesab edir ki, 200 manatlıq əskinaslar devalvasiya və ya inflyasiya yaratmayacaq.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























