“MƏTANƏT A” bu dəfə regionda ustaları bir araya yığıb
“Mətanət A” Şirkəti ustaların maarifləndirilməsi ilə bağlı silsilə tədbirlərini davam etdirir.
Şirkətə məxsus Azərbaycanın ilk və yeganə peşəkar “Ustalar Klubu” bu dəfə regionda müxtəlif sahələr üzrə ixtisaslaşmış 300-dən çox ustanı bir araya yığıb. Tovuz şəhərində baş tutmuş və “Peşəkarlar hər yerdə” adlandırılan təlimdə qərb bölgəsinin 8 rayonu - Qazax, Şəmkir, Ağstafa, Gəncə, Daşkəsən, Gədəbəy və Goranboy rayonlarından olan ustalar iştirak edib. Burada “Mətanət A”- nın mütəxəssisləri şirkətin istehsal etdiyi bir sıra məhsullar barədə ustalara ətraflı məlumat verib, bu məhsulların fərqli xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb. Blokpan və Parmawood məhsullarının isə tətbiqi əyani nümayiş olunub.
Bildirilib ki, BLOKPAN təbii gipsdən hazırlanan hazır hörgü materialıdır. BLOKPAN daxili məkanlarda arakəsmələrin hörülməsində istifadə olunan mükəmməl məhsuldur. Bu məhsul ən son texnologiya və ən müasir avadanlıqlarla təhciz edilmiş AĞDAĞ zavodunda istehsal edilir. Rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyət tələblərinə cavab verən arakəsmələr hörməyə imkan verir.
PARMAWOOD isə iki komponentli unikal parket yapışdırıcısıdır. Daxili məkanlarda, hətta isti döşəmələrdə hər cür ölçüdə olan parket, laminat və ağac yer örtüklərinin yapışdırılmasında istifadə edilir. Elastik olduğu üçün deformasiyaya davamlıdır. Yüksək yapışdırma gücünə malikdir və suyun parket arasına keçməyinə imkan vermir. .
Sual – cavab formatında davam edən təlim zamanı ustalara tikinti sahəsində müasir texnologiyaları və avadanlıqları, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. . Bütün iştirakçılara “Mətanət A”-nın “Ustalara Klubu”-na üzvlük kartı verilib, təlimi uğurla başa vuranlar isə sertifikatlarla təltif edilib. Ziyafətlə davam edən tədbirin sonunda ustalara dəyərli hədiyyələr də təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda “Mətanət A” Şirkəti tərəfindən yaradılan və peşəkar ustaları vahid bir məkanda toplamaq üçün təşkil edilmiş “Ustalar Klubu”-nun əsas məqsədi, ustaların bilik və bacarıqlarını artırmaq, onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim və seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















