Tullantı kağızlardan çap-poliqrafiya məhsulları istehsal edir
İyunun 1-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndələri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə əyani tanış olublar.
Qonaqlara Balaxanı Sənaye Parkının rezidentləri barədə məlumat verilib.
Bildirilib ki, Balaxanı Sənaye Parkının rezidentlərindən olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb.
“Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılıb.
Sənaye Parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 348 tondur. İstehsal sahəsində 15-dən çox daimi iş yeri yaradılıb.
Balaxanı Sənaye Parkının daha bir rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olur. Layihənin ümumi investisiya dəyəri 17 mln. manat, illik istehsal gücü 12 min tondur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.
Parkın rezidenti “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin illik istehsal gücü 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunub.
Balaxanı Sənaye Parkının digər 6 rezidentinin (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent, biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı haqqında məlumat verilib.
Məlumat turu zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























