Adambaşına düşən balıq istehlakı 20 kiloqramı keçib
Dəniz məhsullarının həddindən artıq istismarı və qeyri-qanuni balıq ovu ildə 23 milyard dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarır. Əldə edilən balığın beşdəbiri qanunsuz yolla tutulur.
BMT-nin xəbərlər saytında bildirilir ki, bu barədə qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hər il iyunun 5-də qeyd edilən Qanunsuz və tənzimlənməyən balıq ovuna qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar bəyanatında bildirilir.
FAO-nun hesabatına görə, dünya üzrə ildə adambaşına düşən balıq istehlakı 20 kiloqramı keçib. Hələ 1960-1970-ci illərdə bir adam ildə 10 kiloqram balıq istehlak edirdi. Dəniz məhsulları sektorunun uğurlu inkişafı balığa çox sürətlə artan tələbatı ödəməyə və resursların yerini doldurmağa kömək edib. Bununla yanaşı, tələbatın artımı həddindən artıq balıq ovuna və brakonyerliyin çoxalmasına gətirib çıxarır. Nəticədə bizim masaları bəzəyən təxminən 11-26 milyon ton balıq, - bu isə dünya üzrə tutulan balıqların 20 faizi deməkdir, - brakonyerlər tərəfindən və ya balıq vətəgələrinin qaydalarının pozulması nəticəsində əldə edilir.
Dəniz ehtiyatlarının ümumi vəziyyəti ildən-ilə pisləşir. Hazırda göl, çay, dəniz və okeanlarda 1974-cü illə müqayisədə 3 dəfə artıq balıq tutulur. Balıq ehtiyatlarının bu cür amansız istismarı ona gətirib çıxarır ki, balıq istehsalı hətta zəruri minimal dərəcəyə çatmır, həmçinin sualtı aləmin bioloji tarazlığı pozulur.
FAO ekspertləri bu vəziyyətdən narahatdırlar. Onlar bütün dövlətləri balıq vətəgələrini nəzarətdə saxlamağa, qiymətli balıq ehtiyatlarının müdafiəsi və qorunması ilə bağlı tədbirlər görməyə çağırıblar.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)








