Rusiyadan neft qiyməti proqnozu
Rusiya Maliyyə Nazirliyi, neft qiymətlərinin 2019-a qədər 40 ilə 60 dollar intervalında qalacağını təxmin etdiklərini bildirib.
"Marja" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən edilən açıqlamada, neft qiymətləri və geosiyasi gərginliklərin 2017-2019-cu illərdə Rusiya iqtisadiyyatı üçün əsas risk faktoru olacağı qeyd olunub.
Rusiya şirkətlərinin beynəlxalq maliyyə çıxışına qarşı məhdudiyyətlərin, ölkədəki kommersiya və istehlak fəaliyyətinə mənfi təsir etdiyi qeyd edilən açıqlamada, qlobal geosiyasi gərginliklərin davam edəcəyi və neft qiymətlərinin 2019-a qədər 40 ilə 60 dollar arasında qalacağı bildirilib.
Açıqlamada, ölkədə 2019-a qədər bir çox makro-iqtisadi qeyri-müəyyənlik baş verə biləcəyi vurğulanaraq, "Bu qeyri-müəyyənliklərin həyata keçməsi halında, federal büdcə də daxil olmaq üzrə, büdcə kəsirini dəstəkləyən bir çox gəlir mənbəyində də çatışmamazlıq baş verə bilər" - ifadəsi istifadə edilib.
Əsas xarici risk amillərinin qlobal iqtisadi durğunluq və aşağı tələbat olduğunun qeyd edildiyi açıqlamada, ixrac məhsullarının şaxələndirilməsində çatışmazlıq, ağır demoqrafik şərait, aşağı investisiya həcmi və büdcədə baş verən çətinliklərin da əsas yerli risk faktorları olduğuna işarə edilib.
Nazirlik həmçinin, Rusiyada bu il dövlət borcunun ümumi daxili məhsula nisbətinin 14,6% səviyyəsində reallaşmasını nəzərdə tutarkən, bu nisbətin gələn il 14,9 faiz, və 2019-da isə 15,3 faiz səviyyəsinə çıxacağını təxmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























