"Bankir “Günay Bank”dan 100 yox, 3 milyon manat mənimsəyib" - YENİLƏNİB
13:50 - "GünayBank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Zaur Əhmədov "Marja" ilə əlaqə saxlayaraq, Emin Zeynalovun bankdan 3 milyon manat vəsait mənimsədiyi barədə xəbəri də təkzib edib:
"Mən tam məsuliyyətimlə bildirirəm ki, Emin Zeynalov bankdan 1 manat da olsun mənimsəməyib".
XXX
11:56: “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun saxlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E. Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.
Əldə olunan digər məlumatlara görə, E. Zeynalov əslində, "qara bazar"da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin, "qeyri-leqal pul dövriyyəsi sxemi" qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Onun vəsaitini mənimsədikləri arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb. E. Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin müraciət əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub.
Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir.
Bununla belə, E. Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar həm “Günay Bank”, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.
Məsələ ilə bağlı açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirmişdi ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
M. Məmmədov qeyd edib ki, E. Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdır”.
PALATA DA TƏKZİB ETMİŞDİ
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də bildirib ki, E. Zeynalovun “Günay Bank”dan 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlar əsassızdır.
“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər", -deyə o bildirib.
Qeyd edək ki, E. Zeynalov “Baku Languages and Business School” adlı kursun da icraçı direktorudur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
12 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























