Kart istifadəçiləri hesablarına dərhal vəsait mədaxil edə biləcəklər - "ATA BANK"DAN YENİLİK
Daim yüksək xidmət səviyyəsi ilə seçilən AtaBank, ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib.
Bankın yaydığı məlumata görə, artıq AtaBank-ın plastik kart istifadəçiləri bu bankomatlar vasitəsi ilə hesablarına dərhal vəsait mədaxil edə biləcəklər. Bu da onlara əməliyyatlarını vaxt itirmədən, daha rahat və sürətli həyata keçirmək imkanı yaradacaq.
Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər.
Cash-in bankomatları ilə bağlı “AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “Müştəri məmnunluğuna daim önəm verən AtaBank, yeni məhsul və xidmətləri ilə müştərilərini sevindirərək hər zaman bir addım öndə olmağa çalışır. Gələcəkdə AtaBank-ın ATM şəbəkənin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır”.
Cash-in ATM-lərin quraşdırıldığı ünvanlar:
“Dostluq” filialı - Azadlıq pr., 124;
“Bakı” filialı - Neftçilər pr., 67;
“28 May” metro stansiyasının daxilində - əsas giriş.
Bankomatlar və Ödəmə terminalları haqqında daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





