ABŞ-ın xam neft hasilatı fevraldan bu yana ilk dəfə azalıb
ABŞ-ın xam neft hasilatı fevral ayından bu yana ilk dəfə düşüb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) dərc olunan məlumatlarına görə, ölkənin xam neft istehsalı 23-29 İyun dövründə gündəlik orta hesabla 45 min barrel azalma ilə 10,9 milyon barrel səviyyəsində baş tutub.
Həmin dövrdə ölkənin Alyaska ştatında xam neft istehsalı gündəlik orta hesabla 45 min barrel azalaraq 447 mindən 402 min barelə qədər düşüb, ABŞ-ın digər ştatlarında xam neft hasilatı dəyişməyib.
Beləliklə, ölkənin xam neft istehsalı 10-16 Fevral dövründən bu yana ilk dəfə azalmışdır.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 699 min barel artımla 9,05 milyon barelə çatarkən, xam neft ixracı isə gündəlik orta hesabla 664 min barrel azalma ilə 2,34 milyon barrelə enib.
XAM NEFT EHTİYATLARI ARTIB
EIA məlumatlarına görə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 23-29 İyun dövründə 1,2 milyon barel (0,3 faiz) artımla 417,9 milyon barelə yüksəlib.
Bazar gözləntisi ehtiyatların 5,2 milyon barrel düşəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 9,9 milyon barel azalmışdı.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 660 milyon barreldə sabit qalıb.
ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,5 milyon barrel (0,6 faiz) azalma ilə 239,7 milyon barrelə enib.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 800 min barrel azalma olması istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barel artım göstərmişdi.
NEFT QİYMƏTLƏRİ DÜŞÜB
ABŞ-da ehtiyatların artması ilə əlaqədar olaraq neft qiymətləri düşüb. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 77,15 dollara, Qərbi Texas nefti 72,85 dollara geriləyib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib























