Avtomobil idxalında İyun rekordu
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 9588 ədəd nəqliyyat vasitəsi idxal olunub. Beləliklə, ilin birinci yarısında avtomobil idxalı 10 min ədədə yaxınlaşıb.
"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2017-ci ilin ilk 6 ayında Azərbaycanda 3 483 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
Cari ilin İyun ayında idxal edilmiş nəqliyyat vasitələrinin sayı 2294 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 7294 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İyundakı idxal bu il ən yüksək aylıq idxalıdır.
Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında minik avtomobillərinin idxalı 2971 ədəddən 8 485 ədədə qalxıb (2,8 dəfə artım).
Cari ilin İyun ayında idxal edilmiş minik avtomobillərinin sayı 2021 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 6464 ədəd minik avtomobili idxal olunmuşdu.
2018-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
İl 2018 | Nəqliyyat vasitələrinin idxalı, ədəd | O cümlədən minik avtomobili idxalı, ədəd |
Yanvar | 986 | 908 |
Fevral | 1079 | 959 |
Mart | 1441 | 1291 |
Aprel | 1804 | 1627 |
May | 1984 | 1679 |
İyun | 2294 | 2021 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
-
- 10 d. əvvəl
-
34 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
























